Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:50 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 695 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyada əmək birjasında işsizlik qeydiyyatında olan işsizlərə müqavilə bağlayaraq Ukrayna müharibəsinə yollanmaq təklif edilir. Rusiyanın “Vajnıye istorii” təhqiqat saytı yazır ki, bu məqsədlə işsizlərə ayda 300 min rubl (5134 dollar) maaş təklif olunur. Bu barədə məlumatı sayta belə bir təklifi almış şəxs verib.
Həmin şəxs bildirib ki, ona may ayında zəng edərək məşğulluq mərkəzinə gəlməsini xahiş ediblər. Şahid qeyd edir ki, onunla eyni gündə mərkəzə daha 8 nəfər gəlmişdi.
Əvvəlcə onlara adi vakansiyalar təklif olunub. Bundan sonra isə onları bir-bir xüsusi otağa çağıraraq hərbi sirrin yayılmamasına dair iltizam imzalamalarını tələb ediblər.
***
Şahidlərdən biri hərbi sirrin yayılmasının hüquqi nəticələri barədə maraqlananda rəsmilər deyiblər ki, bu məsələ ilə FTX məşğul olur. Amma həmin şəxsdən iltizamı imzalamasını tələb etməyiblər.
Bundan sonra həmin şəxsə ayda 300 min rubl maaşlı iş təklif olunub. O bu təklifdən imtina edib. Həmin mənbə sayta bildirib ki, o müharibə əleyhinədir və 21-ci əsrdə insanların bir-birlərini necə öldürməsini başa düşmür.
“Vajnıye istorii” saytı dəqiqləşdirib ki, məşğulluq mərkəzində əslində sözü gedən şəxslərə Ukrayna müharibəsinə yollanmaq təklif edilib. Onlara hərbi komissarlığa getməyi və orada müqavilə imzalamağı tövsiyə ediblər.
Sayt bundan əvvəl xəbər verirdi ki, Ukrayna müharibəsinə məhkumlar və fəhlələr cəlb edilir. Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır.