Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:03 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 676 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna hərbi kəşfiyyatının iyulun 12-də bildirdiyinə görə, əsgərlər Xerson vilayətində Rusiya qüvvələrinin tutduğu ərazidə xüsusi əməliyyat zamanı beş ukraynalını xilas ediblər.
Həmin şəxslərdən birinin hərbçi, birinin keçmiş polis əməkdaşı, üçünün mülkilər olduğu, birinin döyüş yaraları aldığı bildirilir.
***
Ukrayna ordusu ölkənin şərqində Rusiyanın ələ keçirdiyi ərazilərin geri alınması üçün böyük əks-hücum əməliyyatına başladığını bildirir. Rusiya qüvvələri isə Donbas regionunu bütünlükdə tutmaq məqsədilə hücumu davam etdirir.
İyulun 12-də Ukrayna cənub komandanlığı Rusiyanın nəzarətində olan Nova Kaxovkada sursat deposunu vurduğunu bildirib. İrimiqyaslı partlayış görüntüsü sosial mediada da yayılıb, bir neçə rusiyalı əsgərin həlak olduğu bildirilir.
***
Rusiyanın TASS dövlət xəbər agentliyi isə mineral gübrə anbarının partladıldığını, yaxınlıqdakı bazara, xəstəxanaya, evlərə ziyan dəydiyini xəbər verib. Bəzi gübrə elementləri sursatda da istifadə oluna bilər.
Xerson vilayətinə Kremlin təyin etdiyi mülki-hərbi administrasiyanın başçısı Vladimir Leontyev zərbəni “terror aktı” adlandırıb, yeddi dinc sakinin öldürüldüyünü, daha 80 nəfərin xəsarət aldığını deyib.
Tərəflərin iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb.
Nova Kaxovka Qara dəniz sahilindəki Xerson liman şəhərindən 55 km şərqdə yerləşir, müharibənin əvvəlində Rusiya qüvvələrinin nəzarətinə keçib.
Ukrayna bir neçə gün öncə bildirib ki, cənubda əks-hücuma keçmək üçün qüvvə yığır. Ordu Xerson daxil olmaqla əsas limanlara nəzarətini bərpa etmək istəyir.
***
Rusiya qüvvələri isə Donetsk vilayətini atəşə tutmaqdadır. Donetsk Luqansk vilayəti ilə birlikdə Donbas sənaye regionunu təşkil edir.
Ukrayna ordusu Rusiya qüvvələrinin şərq hissəni genişmiqyaslı atəşə tutduğunu deyir. Prezident Vladimir Zelenskinin iyulun 11-də bildirdiyinə görə, Rusiya qüvvələri son iki gündə 34 hava zərbəsi həyata keçirib. Çasov Yar şəhərində beşmərtəbəli binanın bombalanması nəticəsində ölənlərin sayı isə 33-ə çatıb. Onlardan azı biri uşaqdır.
ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya qüvvələrini yenidən qruplaşdırır, böyük artilleriya hücumlarının məqsədi isə quruda irəliləmək üçün şərtləri yaratmaqdır.
Video dəlillərə və Ukraynada bir çox şəhərlərin demək olar, tam dağıdılmasına baxmayaraq, Moskva mülki hədəfləri vurmadığını bildirir.