Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:34 | 25 mart 2014 | Çərşənbə axşamı
Məqaləyə 1842 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya yazıçısı Boris Akuninin fikrincə, Ukrayna öz qanı və cəsarəti ilə sübut etdi ki, ÖLKƏdir: »Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin – Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür».
Akunin facebookdakı postunda qeyd edir ki, Qərbin köməkliyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar.
Yazıçının fikrincə, başqa ölkənin ərazisinə qoşun yeridilməsinə (Putin həyasızcasına bunu təkzib etsə də), Krımın Rusiyaya birləşdirilməsinə sevinən çoxluq bilmir ki, «bu hərbi qənimət» ölkəyə necə baha başa gələcək.
Rusiya əvvəlcə siyasi, daha sonra iqtisadi cəhətdən təcrid olunacaq, kapital ölkədən çıxarılacaq, Rusiyaya sərmayə qoyan olmayacaq, Qərb isə rus neftinə əvəz tapacaq. Beləliklə də neftdən gələn yüksək gəlirlər dövrü bitəcək.
Akunin düşünür ki, hərbi xərclərin artması iqtisadiyyatın zəifləməsi, rublun dəyərdən düşməsi ilə nəticələnəcək. Xaricdən gətirilən mallar bahalaşacaq. Valyuta ehtiyatları elə də uzun müddət üçün bəs etməyəcək. Maaş və pensiyaları vermək üçün dövlət pul çap edən maşını işə salacaq. Bu da inflyasiyaya, qiymət artımına səbəb olacaq.
Beləcə, ölkə müflis olacaq, artan narazılığı yatırtmaq üçün dövlət sərt addımlara əl atacaq. Mətbuat və internetdə senzura tətbiq ediləcək. Siyasi məhbusların sayı artacaq, hətta siyasətdən uzaq narazı adamları da həbsxanaya atacaqlar.
Yazıçı düşünür ki, bəli, Krım avantürası ilə Putin ömürlük hakimiyyətini təmin etdi. Daha doğrusu, özünü buna məhkum etdi. İndi o, sadəcə, istefaya gedə bilməyəcək.
Amma Akunin düşünmür ki, Putin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcək. Hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda inqilabi mexanizmlər işə düşür.
Sonda Akunin Krımın anneksiyasına «sevinən kasıb çoxluğu» təbrik edir (azadliq.org).