Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:27 | 21 iyul 2022 | Cümə axşamı
Məqaləyə 777 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İyulun 21-də Kiyev bildirib ki, Rusiya qüvvələri Zaporojye şəhərinin cənubunda yerləşən Nikopol şəhərində yaşayış məntəqəsini atəşə tutub, gecə ərzində azı iki mülki şəxs həlak olub, bir neçə uşaq da daxil olmaqla, doqquz nəfər yaralanıb. Rəsmi Kiyev qeyd edir ki, Ukrayna qüvvələri ölkənin cənub və şərqində işğalçılara qarşı döyüşüb və 100-dən çox düşmən döyüşçüsü öldürülüb.
Ukrayna ordusu həmçinin Rusiyanın quru qoşunlarının irəliləyiş cəhdlərinin uğursuzluqla nəticələndiyi bir vaxtda şərqdə cəbhə xəttində Rusiyanın güclü atəşə tutulduğunu da bildirib.
Ukraynanın qismən işğal olunmuş Zaporojye bölgəsində Rusiyanın təyin etdiyi administrasiya Ukraynanın oradakı nüvə stansiyasına pilotsuz təyyarə ilə zərbə endirdiyini, lakin reaktorun zədələnmədiyini bildirib.
Bu arada Britaniya hərbi kəşfiyyatı iyulun 21-də bildirib ki, Rusiya qüvvələri və Moskvanın dəstəklədiyi separatçılar şərqdə cəbhə xətti boyunca kiçik miqyaslı hücumlara cəhd etməkdə davam edirlər.
Britaniya kəşfiyyatı gündəlik bülletenində bildirib ki, Moskvanın kritik milli infrastrukturun ələ keçirilməsinə üstünlük verdiyi görünür və Rusiya qüvvələrinin Donetskdən təxminən 50 kilometr şimal-şərqdə yerləşən Vuqleqorskada Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşması ehtimalı var.