Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:11 | 21 iyul 2022 | Cümə axşamı
Məqaləyə 787 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketində Rusiyaya aviasiya sahəsində bəzi mal və xidmətlərin satışı üzərindən qadağanı qaldırıb. Bu barədə məlumatı Avropa İttifaqı yayıb.
Sənəddə deyilir ki, Rusiyaya aviasiya sahəsi üzrə mal və xidmətlərin satışına yalnız Beynəlxalq Mülki Aviasiya Təşkilatının uçuşların təhlükəsizliyinin təminatına dair standartları çərçivəsində icazə verilir.
Bu siyahıya təyyarələr üçün ehtiyat hissələrin daxil olub-olmadığı məlum deyil.
Bu da qeyd olunur ki, kənd təsərrüfatı mallarının, habelə neftin üçüncü ölkələrə daşınmasında dövlət müəssisələri arasında qarşılıqlı əlaqələr üzərindəki qadağan qaldırılıb.
İyulun 20-də Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə görə Moskva üzərinə sanksiyaların 7-ci paketini qəbul edib.
Bu sanksiyalara Rusiyadan qızıl və zinət əşyalarının ixrac-idxalının qadağını və “Sberbank”ın Avropadakı aktivlərinin dondurulması daxildir.
***
Sanksiyalar paketinə habelə mövcud sanksiyaların sərtləşdirilməsi və onlardan yayınma yollarının bloklanması daxildir.
Bundan başqa Rusiyanın 50 fiziki və hüquqi şəxsi sanksiya siyahısına əlavə edilib.
Sənəddə ayrıca olaraq qeyd olunur ki, sanksiyalar Rusiyanın ərzaq ixracını hədəfləməyəcək.
Avropa İttifaqı habelə üçüncü ölkələrin Rusiyadan tibb avadanlığı və dava-dərman alınmasını qadağan etmir.
Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Avropa İttifaqı Rusiyaya təyyarələrin və onların ehtiyat hissələrinin satışını qadağan edib.
Rusiyanın aviasiya şirkətləri lizinqlə istifadələrində olan xarici təyyarələri sahiblərinə qaytarmaqdan imtina ediblər.
Bunun nəticəsində Rusiyanın yüzlərlə təyyarəsi qanuni xidmətdən məhrum edilib.
Rusiyada ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı aviaşirkətlər bəzi təyyarələrini ehtiyat hissələri üçün çıxdaş edirlər.