Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:18 | 25 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 2533 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ramzan Kadırovun oğlu 20-ci dəfə təltif olundu
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Ukraynanın ötən beş ayda Rusiya işğalına qarşı qətiyyətli müqaviməti, Rusiya ordusunun ağır itkiləri Moskvanın əsarətində olan xalqlarda gələcəkləri ilə bağlı ümid yaradıb. Çeçenistan İçkeriya hökumətinin rəyasət heyətinin başçısı Əhəd İdiqov Ukraynanın qələbəsinin Rusiya əsarətindəki xalqlara azadlıq şansı yaradacağı qənaətindədir.
Ukraynanın müharibə meydanında Rusiya ordusuna ağır itkilər yaratması isə Kremlin əsarətindəki xalqları artıq hərəkətə gətirib. Şeyx Mənsur adına Ukrayna çeçen batalyonunun təmsilçisi İslam Belokiyev vətənlərinin Rusiya işğalından azad etməyə hazırlaşdıqlarını bildirib. İşğaldan azad edilmək üçün Çeçenistan üç cəbhəyə və 16 sektora bölünüb. Rusiya qüvvələrinin İçkeriyada yerləşdiyi yerlər haqqında intensiv məlumat toplanır.
Çeçenlər azadlıqlarını qazanmaq üçün beynəlxalq ictimaiyyətdən siyasi, silah və informasiya dəstəyi istəyirlər. Çeçen döyüşçülər bildirirlər ki, silah məsələsi qismən həll olunsa da, siyasi və informasiya dəstəyi yetərli deyil.
İçkeriya Çeçen Respublikası hökumətinin rəyasət heyətinin təşəbbüsü ilə demokratik ölkələrin dövlət başçılarına və parlamentlərinə müraciət edilib. Müraciətdə İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən işğalı ilə barışmamaq və çeçen xalqının soyqırımını pisləyən hüquqi aktların qəbul olunması xahiş edilir. Müraciəti Pol Qobl, Petras Qrajulis, Zenon Poznyak, Viktor Feinberg, Vladimir Vasilenko, Vissarion Ququşvili, Vladimir Oqryzko, Yadviqa Xmelevskaya, Mixail Qonçar, Malxaz Museridze, Barjo Dugarov, Peter Xleboviç, Elxan Nuriyev, Taras Protsevyat, Lazo Berger, Qabiden Şahəndəri, Oleq Berezyuk kimi tanınmış siyasi xadimlərlə yanaşı Demokratiya Naminə Ukraynaya Dəstək Platforması da dəstəkləyib.
Çeçen xalqının soyqırımının pisləyən hüquqi aktların qəbul olunması İçkeriyanın azadlığı uğrunda mübarizəyə siyasi dəstək olar. Ukrayna Ali Radasının “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko həmkarı Musa Maqomedov ilə birlikdə Ukrayna Ali Radasına İçkeriya Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi də təqdim edib. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması deputat Aleksey Qonçarenkonun bu təşəbbüsünü dəstəkləyir.
Rusiya imperiyasının dağılmasını, Qafqazın tamamilə azad olunmasını istəyənlər azadlıqları uğrunda ayağa qalxan çeçenlərə informasiya dəstəyi verməkdən çəkinməməlidir.