
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Güney Azərbaycanda tanınmış rejissor Məhəmməd Əlimuradi Urmiya gölündə yaşanan ekoloji faciə və bunun bölgə əhalisinin sağlamlığına təsirlərindən bəhs edən “Gölün Uşaqları” adlı sənədli film çəkib.
Türkiyənin Anadolu dövlət agentliyinə müsahibə verən Məhəmməd Əlimuradi yeni filmi üçün Urmiya gölü ətrafındakı Ziynətli, Ağgünbəd, Kuxarlı və Gəmiçi kimi kəndlərdə ekoloji fəlakət nəticəsində sağlıq problemi yaşayan əhali ilə görüşüb, danışdığını bildirib. O, gölün ətrafında yaşayan kəndlərdə tənəffüs, mədə-bağırsaq, xərçəng və başqa xəstəliklərdən əziyyət çəkən insanlarla söhbət edib.
“İlk görüntüləri təqribən 10 il əvvəl Ziynətli kəndində çəkdim. Ziynətli üç tərəfdən Urmiya gölünün əhatəsindədir. Bu səbəblə qurumanın təsirlərini görən ilk bölgələrdən olub. O vaxtlar, kəndlilərdən bəziləri bu faciənin işsizlik, mühacirət, əkinçilik və gündəlik həyatlarına göstərdiyi təsirlərdən danışmışdılar. Mən bu görüntülərin bir hissəsindən Əkizlər filmində istifadə etmişdim”, – rejissor söyləyib.
Əlimuradi sonrakı illərdə Ziynətli kəndinə getdiyində daha əvvəl danışdığı bəzi kəndlilərin xərçəng xəstəliyindən öldüyünü öyrəndiyini bildirib.
Məhəmməd Əlimuradi ictimai, mədəni və ətraf-mühit məsələləri üzrə sənədli filmlər çəkir. Onun “Əkizlər” filmi keçən il İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalının sənədli filmlər kateqoriyasında birinciliyə layiq görülüb. Festivalın veb səhifəsində dərc edilən məlumata görə, “Əkizlər”filimində hazırda qurumaqda olan Urmiya gölü ilə sovetlər zamanında Qazaxıstan və Özbəkistan arasındakı qurumağa başlayan Aral gölünün taleləri kəsişir”.
Güney Azərbaycanın bir çox bölgəsində əhali bir neçə ildir Urmiya gölündən gələn toz dumanlarından əziyyət çəkir. İran mətbuatına danışan ekspertlər göl sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.
Universitet professoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan müavini İsmayıl Kəhromun sözlərinə görə, Urmiya gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.