Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:47 | 2 oktyabr 2022 | Bazar
Məqaləyə 1536 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Liman cəbhədəki mühüm yaşayış məntəqəsidir. Onun nəzarəti Rusiya ordusunun yeni müdafiə xətti qurmağa çalışdığı Şimali Donetskindən keçən əsas yoldan istifadə etməyə imkan verir.
Şəhərin itirilməsi həm də siyasi zərbə vurdu, müharibə tərəfdarları hərbi rəhbərliyə və yüksək rütbəli məmurlara qarşı daha çox tənqidi mövqe sərgilədilər.
Bu qənaətləri Britaniya kəşfiyyatının nümayəndələri Ukraynadakı müharibə ilə bağlı son hesabatda paylaşıblar.
“1 oktyabr 2022-ci ildə Donetsk vilayətinin Liman şəhərindəki Rusiya qüvvələri Ukraynanın hücumu qarşısında geri çəkildi. Limanı ehtimal ki, Rusiyanın Qərb və Mərkəzi hərbi dairələrinin az sayda bölmələri, eləcə də könüllü səfərbər edilmiş ehtiyatda olan kontingentlər müdafiə edirdi. Qüvvələr, çox güman ki, Rusiyanın əlində olan şəhərdən çıxan yeganə yoldan geri çəkilərkən böyük itki veriblər”, -– Britaniya kəşfiyyatı bildirib.
Hesabatda qeyd edilib ki, Liman Şimali Donetsk üzərindən əsas yol keçidinə nəzarəti təmin etdiyi üçün əməliyyat baxımından vacibdir.
Rusiya ordusu çayın arxasında möhkəmlənməyə və yeni müdafiə xətti qurmağa çalışırlar. Və Ukrayna Silahlı Qüvvələri indi texnika və resursları sağ sahilə ötürə biləcək.
“Rusiyanın Limandan çıxarılması həm də əhəmiyyətli siyasi geriləmədir, çünki o, Rusiyanın guya “azad etmək” istədiyi və qeyri-qanuni ilhaq etməyə çalışdığı Donetsk bölgəsində yerləşir. Qoşunların çıxarılması yüksək rütbəli məmurlar tərəfindən Rusiyanın hərbi rəhbərliyinə qarşı yeni ictimai tənqid dalğasına səbəb oldu”, – ekspertlər əlavə edib.
Britaniya kəşfiyyatı bu tendensiyanın artacağına inanır: “Ukrayna Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etməyə davam edəcək və məğlubiyyətlərə görə Rusiya ordu komandanlığında getdikcə daha çox yüksək rütbəli hərbçi günahlandırılacaq”. (APA)