Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
12:20 | 3 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1507 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
“1 oktyabr 2022-ci ildə Donetsk vilayətinin Liman şəhərindəki Rusiya qüvvələri Ukraynanın hücumu qarşısında geri çəkildi. Ukrayna Silahlı Qüvvələri bunun necə və nə vaxt daha yaxşı olduğunu dəqiq bilirdilər”. Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Rusiyada hakimiyyətə bundan sonra kim gələcəksə, onun üçün daha çətin olacaq: “Kreml bir addım da geri çəkilməməyi əmr etməklə nəinki Ukraynaya qarşı, elə öz xalqına qarşı da qəddar mövqe ortaya qoymaqda davam edir. On minlərlə insanın qətlində məhz Rusiya hakimiyyəti günahkardır.
“Referendum”un nəticələri ilə bağlı Kreml rəhbəri Vladimir Putini dinləyərkən hər şey daha açıq-aydın olmağa başladı. Artıq Rusiya dövləti hər şeyi başa düşür, hər şeyi bilir və sonunun necə nəticələnəcəyini indidən hiss edir. Rusiyanın və bütün qonşularının əsas problemi məhz həmin hakimiyyətdəki bir dəstə siyasətçidir.
Artıq Rusiya xalqı da yaxşı anlayır ki, onlar təkcə Ukrayna və Rusiyada minlərlə insanın həyatını yox, hətta özlərini də məhv edirlər. Rusiya tarixində ilk dəfə taxtda ölkəni məhvə aparan və heç kimin dayandıra bilməyəcəyi bir rejimlə üz-üzədir. Bəli, hipotetik olaraq, bu proseslərin təkrarlanması mümkündür, ancaq bundan sonrakı hakimiyyətin şansı belə olmayacaq”.