Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:12 | 9 oktyabr 2022 | Bazar
Məqaləyə 1064 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putin dəfələrlə dünyanı nüvə silahı ilə hədələyib. Analitiklər hələ də bu silahdan istifadə olunma ehtimalını çox az hesab etsələr də, Qərb rəsmiləri təhdidləri ciddi qəbul edir və Rusiyanın döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə hazırlaşacağına dair hər hansı əlamətin olub-olmadığını izləyirlər.
ABŞ prezidenti Cozef Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “armageddon”la (qiyamət savaşı) üzləşə bilər.
ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir:
“Biz Kennedi və Kuba raket böhranından sonra armagedon ehtimalı ilə heç üzləşməmişdik”.
Ukrayna lideri Zelenski Putinin öz xalqını nüvə hücumuna hazırlamağa başladığını bildirib. BBC-yə danışan Zelenski bu cür hazırlıqların “çox təhlükəli” olduğunu vurğulayıb.
Bununla belə, o, Rusiyanın nüvə silahından istifadə edib-etməmək barədə hələ qərar verdiyini düşünmədiyini də bəyan edib. Ukrayna lideri nüvə müharibəsinin fəlakətli nəticələri barədə həm Rusiyaya, həm də dünyaya xəbərdarlıq edib.
Ukrayna lideri bu cür narahatlıqları bölüşsə də, bildirib ki, bu, Qərb dövlətlərini Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün nəzərdə tutulmuş təhdid də ola bilər.
“Onlar bunu etməyə, nüvə silahından istifadə etməyə hazır deyillər. Heç özləri də bilmirlər ki, bundan istifadə edəcəklər, ya yox. Məncə, bu barədə danışmaq belə təhlükəlidir”, – Zelenski deyib.