Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:36 | 7 oktyabr 2022 | Cümə
Məqaləyə 935 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Zaporijyenin hakimiyyət orqanlarının bildirdiyinə görə, oktyabrın 7-nə keçən gecə şəhərə kamikadze dronları zərbələr endirib. Bir gün öncə Zaporijyeyə edilən raket hücumunun qurbanlarının sayı isə 11 nəfərə çatıb.
Zaporijye regional hərbi administrasiyasının rəhbəri Aleksandr Starux zərbələrin gecə yarısı İranın “Şahid-136” pilotsuz uçuş aparatları tərəfindən endirildiyini bildirib.
“Düşmən rayon mərkəzinə hücum edib. Şəhərin iki rayonunda infrastruktur obyektləri dağıdılıb. Bu gün işğalçı ilk dəfə pilotsuz uçuş aparatlarından istifadə edib. Belə görünür onlar “Şahid-136” PUA-ları idi. Bu səbəbdən şəhər əhalisi güclü partlayış səsləri eşitməyib”, – Starux yazıb.
Onun sözlərinə görə, bir nəfər xəsarət alıb və həmin şəxs xəstəxanaya yerləşdirilib.
Ukraynanın “Telegram” kanalları da İran PUA-larının Nikolayev şəhərinə və ətrafına hücumlar etdiyini bildirib. “Novosti Nikolayev” kanalı mühərriklərinin xarakterik səsini və partlayışları, həmçinin reaktiv təyyarənin səsinə bənzər səslərin eşidildiyi bir neçə video yayıb.
Bu arada isə xilasedicilər Zaporijyeyə oktyabrın 6-da edilən raket hücumu nəticəsində ölənlərin sayının 11 nəfərə çatdığını bildirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, oktyabrın 7-də səhər saatlarında beşmərtəbəli yaşayış binasının dağıntıları altından 8 nəfərin, dördmərtəbəli yaşayış binasının dağıntıları altından isə 3 nəfərin cəsədi çıxarılıb.
Dağıntılar altından 21 nəfər xilas edilib, onlardan 20-si xəstəxanaya yerləşdirilib.
Xilasedicilər axtarışları davam etdirir. İki beşmərtəbəli bina dağılıb. Yaxınlıqdakı evlərin pəncərələri sınıb. Daha bir raket özəl sektora düşüb. İki ev dağılıb.