
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Feminist fəal Türkan Bozqurd İranda 4 həftədir davam edən və qadınların başçılıq etdiyi kütləvi aksiyaları dəyərləndirib. Bozqurdun sözlərinə görə, bu etirazlar İranda bir siyasi dəyişikliklə nəticələnməsə də, cəmiyyətdə böyük dəyişikliklərə yol açacaqdır. O, İranın artıq bu etirazlardan öncəki İran olmayacağını vurğulayır.
“Biz bu etirazlarda tutulanların arasında da görə bilirik ki, çoxu gənclərdir. Yaşlarına baxdığımız zaman 14, 15 və 16 yaşındakı uşaqları görürük. Baxdığımız zaman bu Z quşağı (nəsli) dediyimiz qrup dünyanın hər yerində özlərini siyasətə qatırlar, özlərini etiraz aksiyalarına, çevrə məsələlərinə qatırlar. Çünki, deyirlər bu bizim dünyamız və bizim savaşımızdır”, – gənc fəal söyləyir.
Bozqurd deyir ki, hazırda İranın müxtəlif bölgələrində küçə etirazlarına qatılan gənclər və yeniyetmələr necə bir həyat yaşamaq istədiklərini çox yaxşı bilirlər: “Bu uşaqlar, bu gənclər istər Türkiyə, istə Azərbaycan, istərsə Qərb mediası olsun, bunlarla böyüyüblər. Oradakı azadlıqları bilirlər. Bəlkə Qərbdən çox daha yaxşı bilirlər. Amma, o azadlıqların heç birini yaşaya bilmirlər... Bunlar İran-İraq savaşını görmüş, qorxuları olan və enerjisi azalmış o nəsil deyil. Bunlar enerjili və həyatlarının ən başındadırlar. Bilirlər ki, necə həyat yaşamaq istəyirlər. Bunların istədiyi barışçıl bir həyatdır. Onlar gedib hərəsi öz köşəsində savaşmır və ya öz köşəsində oturmur. Barışçıl bir gələcək düzəltmək üçün əl-ələ verməyə çalışırlar. Buna görə də, İranın fərqli yerlərindən insanlar buna qatılır”.
Türkan Bozqurd gənclər və yeniyetmələrin ilk dəfə olaraq İran siyasətində bu qədər aktiv rol oynadıqlarına diqqət çəkərək əlavə edir ki, “bu, artıq İranın əski İran olmayacağı anlamına gəlir. Bu, siyasi olaraq inqilabi bir dəyişiklik olmasa da, cəmiyyətin böyük dəyişikliklərdən keçəcəyi anlamına gəlir”.
Feminist fəal hazırkı etirazlarda bundan əvvəl təşkil olunmuş kütləvi aksiyalar ilə müqayisədə toplumun daha çox kəsimlərinin yaşadığı problemlərin səsləndirildiyini qeyd edir.
“İndiyə qədər İrandakı etiraz aksiyaları fərqli insanların fərqli problemləri ilə bağlı idi. Ancaq, indiki etirazlarda ilk dəfədir ki fərqli kəsimlərdən bu qədər insanı bir arada görürük”, – Kanadanın Toronto şəhərində yaşayan urmiyalı fəal söyləyir.
O, qadın məsələsinin İranda yaşayan bütün etnik icmaların məsələsi olduğunu ifadə edir: “Hicab məsələsi və ya qadının aşağılanması İranda bütün kültürlərin, fərq etmir istər türklər olsun, bəluçlar olsun, lurlar olsun, istər farslar olsun, bunların hamısının yaşadığı və birinci əldən təcrübə etdikləri bir mövzudur. Əlbəttə ki, kəsişməli və ya interseksional (feminizm) aspektindən baxdığımız zaman bir türk qadın ilə bir fars qadının yaşadığı problemlər eyni deyil. Məsələn, bir fars qadının yaşadığı problem hicab məsələsi olsa, bir türk qadının yaşadığı problem həm də dil məsələsidir. Hicab məsələsi fərqli yerlərdə fərqli dərəcələrdə insanların həyatında basqı yaradır”.