
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiya prezidenti Vladimir Putin Qazaxıstandan qayıtdıqdan sonra səfərbərlik prosesi ilə bağlı heç bir yeni göstəriş verməyib və səfərbərlik planlarında heç bir dəyişiklik etməyib. Putin “qismən” səfərbərliyin yaxın iki həftə ərzində başa çatması, eləcə də səfərbərlik çərçivəsində çağırılanların sayı və ümumilikdə 300 min nəfərin çağırılması planları barədə yalan danışıb.
Noyabrın 1-nə Putin Müdafiə Nazirliyindən 500.000 nəfərin səfərbər olunmasını tələb edir və oktyabrın 15-də Müdafiə Nazirliyi sentyabrın 21-dən etibarən Artıq 400.000-dən çox şəxsin hərbi xidmətə çağırıldığı barədə prezidentə məlumat verib. Səfərbərlik noyabrın 1-də də başa çatmayacaq, səfərbərliyin başa çatması üçün müddətlər dəqiqləşdirilməyib və prezidentin yanında bu mövzuya həsr olunmuş heç bir iclasda müzakirə olunmayıb. Putinin şəxsi tapşırığı var – 2023-cü il martın 1-dək bir milyon insanın səfərbər edilməsi, bu sərəncam əsasında səfərbərlik planları və Rusiya Federasiyasının subyektləri üçün kvotalar müəyyən edilib. Eyni zamanda, Putin və Müdafiə Nazirliyinin rəhbərliyinin nümayəndələri zəruri hallarda səfərbər olunanların sayının artırılması imkanlarını ayrıca müzakirə ediblər.
2023-cü il martın 1-dən sonra da səfərbərlik bitməyəcək, Putinin cəbhənin ehtiyaclarını başa düşməsi əsasında davam edəcək. Prezident itkilərin sayından elə də narahat deyil, onun üçün əsas uduzmamaqdır. Putin qələbə kimi bu il sentyabrın 21-dən etibarən sabit ərazi tutulmasını görmək istəyir, o ana qədər prezident cəbhəni meyitlərlə dolduracaq. Putinin belə bir “qələbə” əldə etmək istəyinin iflasa uğraması Baş Qərargahda və Müdafiə Nazirliyində istisnasız olaraq hamı tərəfindən başa düşülür, lakin onlar Ali Baş Komandanın iradəsini yerinə yetirməkdə davam edirlər. Bu günə qədər, prezidentə verilən hesabatlara əsasən, səfərbər olunanlar arasında itkilər (itkin düşənlər də daxil olmaqla) ən azı 1900 nəfərdir. Heç bir təlim keçmədən 35 mindən çox səfərbər edilmiş şəxs artıq ilhaq edilmiş ərazilərə göndərilib. Putin səfərbərliyin “bütün mövcud üsullarla” həyata keçirilməsini tələb edir və güc blokunun rəhbərliyinə bu prosesdə Müdafiə Nazirliyinə maksimum dəstək vermək barədə şəxsi göstəriş verib. Əgər əvvəllər Putin: “Hələ başlamamışıq” deyirdisə, indi, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə son görüşdə o, “Hər şey yeni başlayır!” deyib. Bəlkə də, sonun başlanğıcını nəzərdə tutub.
P.S. Sosial şəbəkələrdə müharibəyə yola düşən müəllimin öz şagirdləri tərəfindən yola salınma səhnəsi olan video yayılıb. Başına gələcək işləri təxmin edərək, səsi titrəyən müəllim özünü nə qədər təmkinli aparmağa çalışsa da, simasından miskinlik yağır. Bu, bugünkü Rusiyasının düşdüyü vəziyyəti tam əks etdirir.