Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:19 | 19 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1144 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna tarixində Zaporijye şəhəri əsrlər boyu xarici işğallar zamanı qala kimi xidmət göstərib. İndi isə şəhərin bu rolu yenidən bərpa olunur və o, ölkənin cənub və şərq bölgələrindən axın edən minlərlə didərgin düşən insan üçün təhlükəsiz sığınacağa çevrilib.
Ukraynanın cənub-şərqində Zaporijye şəhəri aylar boyu Rusiyanın daimi, amansız və sonu gəlməyən hücumlarına məruz qalıb.
Ukraynanın əfsanəvi döyüşçüləri – Zaporijye kazakları ilə tarixi əlaqəsi ilə tanınan şəhər indi şərq və cənubda Rusiyanın işğal etdiyi ərazilərdən qaçan ukraynalılar üçün mərkəzə çevrilib.
Zaporijye 400 minə yaxın məcburi köçkünü qəbul edib. 100 mindən çox insan burada ikinci evlərini tapıb.
Valentina oğlu ilə birlikdə Xerson vilayətinin işğal olunmuş Heniçesk şəhərindən qaçıb.
O, Ukraynanın nəzarətində olan əraziyə üç günə çatdığını deyir: “Biz axır ki, Zaporijye şəhərinə çatmaq istəyirdik, çünki psixoloji olaraq bu vəziyyətə dözə bilmirdik. Biz sonunda doğma bayrağımızı, doğma insanlarımızı görmək, ayaqlarımızın altına doğma torpağımızı hiss etmək, Ukrayna xalqının səmimi gülümsəmələrini görmək istəyirdik”, – Valentina deyir.
“Bu çox çətin, çox stressli bir yol idi. Biz atəşə tutulduq və geri göndərildik. Biz gecəni avtobusda keçirdik. Çox çətin idi”.
Zaporijye həmçinin Ukraynanın cənubdakı əks-hücumunun strateji nöqtəsidir. O, son bir neçə həftə ərzində intensiv atəşə məruz qalıb. Rusiya raketləri çox sayda dinc sakini öldürüb, yüzlərlə insanı yaralayıb.
Burada bir çox xeyriyyə təşkilatları fəaliyyət göstərir. Nümayəndələr insanların təcili humanitar və psixoloji dəstəyə ehtiyacının olduğunu deyirlər.
“Biz yeni reallığı bu cür ağlasığmaz risklərin hər bir növünün indi mümkün olduğunu dərk etməliyik. Yəni, təəssüf ki, biz bu şərtlər altında yaşamalıyıq”, – “Posmışka UA”dan Vyaçeslav Dundukov deyir.
Zaporijye şəhəri Ukraynanın cənub-şərq qalası kimi öz tarixi reputasiyasını, əsrlər boyu qazandığı reputasiyanı layiqincə davam etdirir. Onun vətəndaşları yenidən qurban verməyə hazırdır.