Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
11:50 | 20 oktyabr 2022 | Cümə axşamı
Məqaləyə 1378 dəfə baxılıb
Şriftin ölçüsü
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri və ölkənin BMT-dəki keçmiş səfiri Con Bolton deyib ki, İran rejimi 1979-cu il inqilabından sonra həmişəkindən daha çox “avtokratik” olub və daxili təzyiq altındadır.
Bolton 19 oktyabr tarixində “Daily Telegraph” qəzetində “İranın avtokratik ayətullahları yıxılmaq üzrədirmi?” başlıqlı məqaləsində iranlı etirazçıların sistem dəyişikliyi strategiyalarında seçim və koordinasiyaya doğru getməli olduğu yazıb.
İranın etnik bölgələri arasında etirazların yayılmasını vurğulayan amerikalı diplomat xatırladıb ki, bu qiyam təkcə təhsilli və şəhərli təbəqələr arasında deyil, həm də marjinal və kənd yerlərində davam edir.
“Rejim etirazçılara vəhşicəsinə cavab verib, ancaq görünən odur ki, ayətullalar da nümayişçilərin miqyası və qorxmazlığı qarşısında iflic olublar”, – deyə, yazan Con Bolton Tehran hökumətinin çaşqın vəziyyətdə olduğunu bildirib.
O, İslam Respublikası sisteminin ideoloji sütunlarından biri olan məcburi hicaba müxalifliyin inqilabın formalaşmasını sürətləndirdiyinə işarə edərək, rejim müxaliflərindən fikir ayrılıqlarını bir kənara qoymalarını istəyib.
Boltonun sözlərinə görə, rejim dəyişikliyi strategiyasına indi qərar verilməsə, bu qiyam İran İslam Respublikasının tarixində növbəti etiraz aksiyasına çevriləcək.
Amerikalı diplomat neft-kimya kimi həyati əhəmiyyət kəsb edən sənayelərdə işçi tətillərinin başlanmasına toxunaraq, İranın hazırkı vəziyyətini Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətinin son ili ilə müqayisə edib.
“Çoxlarının yadındadır ki, 1978-79-cu illərdə neftçilərin şaha qarşı üsyanı onun dövrünün başa çatmasından xəbər verirdi. Əgər mühüm neft-kimya sənayesində narazılıq artarsa və əhəmiyyətli hasilatı dayandırarsa, İran hökuməti iflic vəziyyətinə düşəcək”, – deyə, Con Bolton qeyd edib.