Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:26 | 4 noyabr 2022 | Cümə
Məqaləyə 855 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı gündəlik məlumatında deyilir ki, Rusiya Ukraynada geri çəkilən və fərarilik edən əsgərlərini vurmağa hazır ola bilər.
“Aşağı əhval-ruhiyyə və döyüşmək istəməməsi səbəbindən, yəqin ki, Rusiya qüvvələri “maneə qoşunları” və ya “blok edən bölmələri” yerləşdirməyə başlayıblar. Bu bölmələr hücuma keçmək məqsədilə geri çəkilən öz əsgərlərini güllələməklə hədələyir və bu, Rusiya qüvvələri tərəfindən əvvəlki münaqişələrdə istifadə olunub” – deyə, cümə günü kəşfiyyat məlumatında deyilir.
“Ehtimal ki, zabitlər fərarilərə qarşı silahdan istifadə etmələrini istəyiblər. Mümkündür ki, rus generalları, əmrə tabe olmayanları, xəbərdarlıq edildikdən sonra, güllələyərək öldürməyə icazə veriblər”, – deyə Müdafiə Nazirliyi bildirib. “Generallardan həmçinin ölənə qədər müdafiə mövqelərini saxlamaları istənilir”, – deyə məlumatda qeyd olunur.
Nazirlik bildirib ki, öz fərarilərini güllələmək taktikası, “çox güman ki, Rusiya qüvvələrinin keyfiyyətsizliyini, aşağı əhval-ruhiyyəsini və intizamsızlığını göstərir”.
ABŞ Dövlət Departamentinin məlumatına görə, cümə günü ABŞ Dövlət katibi Entoni Blinken bir sıra beynəlxalq həmkarları - Fransanın xarici işlər naziri Ketrin Kolonna, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə Almaniyada görüşərək “bir sıra əsas məsələlər üzrə transatlantik əməkdaşlığın davam etdirilməsini, o cümlədən Rusiyanın qəddar işğalçı müharibəsi qarşısında Ukraynaya ardıcıl dəstək” və “İranın Rusiyaya hərbi dəstəyi və onun İran xalqına qarşı zorakılıq və təzyiqləri”ni müzakirə edib.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı ölkədə Raket Qoşunları və Artilleriya Günü və Mühəndis Qoşunları Gününü qeyd edərkən öz qoşunlarını tərifləyib.
“Ukrayna artilleriyası Avropada ən güclü, dünyanın isə ən güclü artilleriyalarından birinə çevrilib. Hər zaman da belə olacaq. Kəmiyyət baxımından düşmən artilleriyasının üstünlüyünə baxmayaraq döyüşçülərimiz daha yaxşı nəticələr verir. Artilleriyaçılarımızın üstünlüyü keyfiyyət baxımından - bacarıq, zəka, özünə və ölkəmizə inamdır”, – deyə Zelenski bildirib.
Zelenski həmçinin münaqişə zonasında yaşamağın gündəlik çətinliklərindən danışıb və yerli hakimiyyət orqanlarından “Ukraynanın bütün şəhər və icmalarında elektrik enerjisindən lazımsız istifadənin olmamasına diqqət yetirməyi xahiş edib. İndi parlaq vitrinlər, lövhələr və reklamların vaxtı deyil”, – deyə Ukrayna lideri bildirib.