vaxtlı-vaxtında oxuyun! Bazar, 8 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AKTUAL  
“Xameneyi göstəriş versə, ...” 19:40 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xameneyi göstəriş versə, ...”

Fars-molla rejiminin generalı etirazçıları “milçək” adlandırdı

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın quru qoşunlarının komandanı Kiyumərs Heydər etirazçıları təhqir edib. Komandan etirazları yatırmaq üçün Əli Xameneyinin əmrini gözlədiklərini deyib.

Noyabrın 9-da İran ordusunun quru qoşunlarının komandanı etirazçıları “milçəklərə” bənzədib və "bu gün onlara qarşı istənilən səviyyədə mübarizə aparılmamasını Ali Baş Komandanın göstərişi olmadığı" ilə əlaqələndirib.

O, etirazçıları təhdid edib və deyib ki, əgər Əli Xameneyi göstəriş versə etirazçıların İranda yeri olmayacaq.

Narazıları xarici qüvvələrin və düşmənlərin oyuncağı adlandıran Kiyumərs Heydəri onların istəklərinə çata bilməyəcəklərini iddia edib.

Noyabrın 8-də də Ordunun Ali Baş Komandanı Əbdülrəhim Musəvi etirazçıları iğtişaşçı adlandıraraq onların hədəfinin İranı parçalamaq olduğunu demişdi.