Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
00:02 | 17 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 827 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Polşaya düşən raketlər Ukrayna müharibəsinə yanaşmaların yenidən dəqiqləşməsinə də imkan verdi. Və belə görünür ki, məsələ raketlər yox, kimin nə əldə etmək istəyidir.
Raketlərə görə Rusiyanın məsuliyyət daşıdığını deyən rəsmi Kiyev “Avropanın hava məkanının bağlanmasının zəruriliyini” irəli sürür, lakin şəhərləri bombalanan, insanları ölən Ukrayna indiyə qədər buna nail ola bilməyib. Polşaya raketlərin düşməsi ilə avropalıların “raket zərbələri”nin nə olduğunu hiss etməsi Kiyevin tələbinin zəruriliyini artırır.
Lakin Qərb raketin Rusiyaya məxsus olmadığında israr edir:
– Polşa bəyan edir ki, “bu qəsdən vurulmuş zərbə deyil”;
– NATO katibi bildirir ki, məqsədyönlü hücumun edildiyi, yaxud raketin Rusiya tərəfindən atıldığına dair heç bir əlamət yoxdur;
– ABŞ da eyni mövqeyi paylaşır.
Rusiyaya dair ortaq fikir “nəticə etibarilə Moskva günahkardır” ritorikasından ibarətdir.
Hətta Rusiya zərbə endirsə, yaxud Polşaya düşən raketlərin ruslara məxsus olduğu ispatlansa belə mövqe dəyişməyəcək. Çünki:
1. NATO üzvü olan Polşaya hücum edilərsə, hərbi ittifaq Rusiyaya cavab verməlidir;
2. ABŞ-NATO əvvəldən müharibənin Ukrayna sərhədlərindən kənara çıxmasına qarşıdır və NATO üzvü olan Polşaya raketlərin düşməsi bu planı poza bilməz;
3. Qərb Ukraynanın tələb etdiyi kimi hava məkanının bağlanmasını istəmir.
Və bu məqsədlə Rusiyanı “müdafiə etmək” məcburiyyətində qalıblar.
Burada Ukrayna amili diqqət çəkir: ABŞ və NATO Kiyevin günahkar olmadığını əlavə etməklə raketlərin Ukraynanın hava hücumundan müdafiə sisteminə aid olduğu fikrini önə sürür. Rəsmi Kiyev bunu qəbul etmir, raketlərdə Rusiya izinin olduğuna dair dəlilləri verməyə hazır olduğunu deyir.
Hərçənd, Rusiya ilə üz-üzə gəlmək istəməyən Qərb məsələyə “qəsdən edilmiş hücum deyil” fikri üzərindən də yanaşa bilərdi. Raketlərin Ukraynaya aid edilməsi Kiyevlə müəyyən anlaşılmazlığın olmasından qaynaqlana bilər. İstisna deyil ki, əsas toqquşma Ukrayna-Rusiya sülh danışıqlarının hazırlanması üzərindədir və ABŞ-NATO Polşaya düşən raketlərin proseslərin planlaşdırılan inkişafına təsir etməsini istəmir.