Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:37 | 18 noyabr 2022 | Cümə
Məqaləyə 670 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Pekin bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, o biri tərəfdən Vaşinqtona siqnallar göndərir ki, Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir. Ərazi bütövlüyü prinsipi Pekin üçün əhəmiyyətlidir, çünki özündə separatçı meyllər var. Misal üçün Çin lideri Si Tsinpin Astanada olarkən Qazaxıstanın ərazi bütövlüyünü dəstəklədiyi birmənalı bəyan etdi. Bu Moskvaya mesaj idi. Buna baxmayaraq, Pekin işğalçı müharibəyə görə Kremli tənqid etmir və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmur. Çin lideri Si Tsinpin “böyük iyirmilərin” zirvə toplantısında çıxış edərkən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə bir cümlə də işlətmədi.
Pekin Rusiyaya hərbi texnika göndərməsə də, Vaşinqtonun şübhələri azalmayıb. Misal üçün Moskva İrandan aldığı kimi Çindən də pilotsuz uçuş aparatları əldə etmək istəyir. Ancaq Rusiyanın Çindən dronlar almasına dair məlumat yoxdur.
Bir qrup çinli ekspert dronların və raketlərin müharibədə faydalı olmayacağı qənaətindədir. Həmin ekspertlər buna misal olaraq Əfqanıstanda Talibana məğlub olan ABŞ-ı göstərirlər. Çin qitələrarası ballistik raketləri sınaqdan keçirir, yeni sualtı gəmilər inşa edir. Bu sualtı gəmilər nüvə başlıqlı raketlərə malikdirlər. Çin eyni zamanda fərqli ölkələrdə istehsal edilən hərbi texnikaya və bunları istehsal imkanlarına da diqqət yetirir. Misal üçün müharibədən əvvəl Çin Ukraynanın motor istehsal edən zavodlarından biri ilə müqavilə imzalamışdı. Ukrayna zavodu Çinə 400-dən çox iri həcmli mühərrik satmalıydı. Anlaşmanın dəyəri 800 milyon dollar idi. Müharibə bu planları alt-üst etdi. Vaşinqton da Kiyevə təsir edərək Çinlə müqavilənin ləğvini istədi. Belə olan halda Pekinin iki çıxış yolu qalırdı: ya oxşar mühərikləri Rusiyadan almaq, ya da yerli istehsalı təmin etməkdir. Pekin ikinci varianta üstünlük verib. Çində dəyəri 100 milyon dollar olan mühərrik zavodu inşa edilir.
Rusiyanın Ukraynada hərbi gücü zəifləyib. Bundan başqa bu müharibə Rusiya hərbi texnikasının modern olmadığını da göstərdi. Bir çox dövlətin Rusiya hərbi texnikasına marağı azalıb. Rusiyanın yaxın tərəfdaşı Çin hərbi texnikanın istehsalı məsələsində Moskva ilə əməkdaşlığa üstünlük verməkdənsə, yerli istehsala üstünlük verəcək. Rusiyanın əsas alıcılarından biri də Hindistan idi. Ancaq Dehli də Rusiya əvəzinə tədricən ABŞ və Avropa ölkələrinin hərbi texnikasını almağa üstünlük verib.