Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:49 | 19 noyabr 2022 | Şənbə
Məqaləyə 806 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna rəsmiləri, ölkə boyu temperatur sıfır altına endiyi bir vaxt, Kiyevdə “tam qapanma” barədə xəbərdarlıq edirlər. Şəhərin meri Vitali Kliçko “The Associated Press”ə müsahibəsində deyib ki, rəsmilər şəhərin elektrik şəbəkəsini bərpa etməyə çalışırlar.
Rusiyanın zərbələri Ukrayna paytaxtının elektrik şəbəkəsinə ciddi ziyan vurub. Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, onlar şimalda paytaxt Kiyevdən tutmuş cənubda Odessaya qədər ölkənin müxtəlif yerlərini atəşə tutmağa davam edirlər və Ukraynanın enerji sisteminin demək olar ki, yarısını darmadağın ediblər.
“Təəssüf ki, Rusiya Ukraynanın kritik mülki infrastrukturuna raket zərbələri endirməyə davam edir, dinc əhaliyə qarşı mübarizə aparır, onları qışda işıq, su, istilik və rabitədən məhrum edir.” O bunu Kiyevdə Avropa Komissiyasının vitse-prezidenti Valdis Domrovskis ilə danışıqları zamanı söyləyib.
Ukrayna baş naziri əlavə edib ki, “noybarın 15-də Rusiya Ukrayna şəhərlərinə təxminən 100 raket atıb. Bizim enerji sistemlərimizin demək olar yarısı çıxıb”.
Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı gecə müraciətində bildirib ki, ölkədə şaxtalı hava şəraiti hökm sürdüyü bir vaxt, təxminən 10 milyon insan elektriksiz və istiliksiz qalıb.
Ukrayna prezidenti deyib ki, 18 bölgədə, o cümlədən Kiyevdə insanların elektriyi kəsilir. O əlavə edib ki, kommunal xidmət işçiləri “elektrik enerjisinin bərpası üçün hər şeyi edirlər”.
“Ukrenerqo” dövlət kommunal xidmətləri operatorunun baş icraçı direktoru Vladimir Kudritski Ukrayna dövlət televiziyasında deyib ki, “Biz mümkün uzun fasilələrə hazırlaşmalıyıq, lakin hazırda biz planlaşdırılan qrafikləri təqdim edirik və elektriyin uzun müddətə kəsilməməsi üçün hər şeyi edəcəyik”.
BMT idarəsi elektrik kəsilməsinin davam etməsi təqdirdə bu qış humanitar böhranın olacağından qorxduğunu bildirib.
Rusiya xəbər agentliklərinin məlumatına görə, Rusiyanın müdafiə nazirliyi bildirib ki, cümə axşamı Ukraynaya hücumlar hərbi və enerji infrastruturunu hədəf alıb. Nazirlik müdafiə və sənaye hədəflərini, o cümlədən “raket istehsal edən obyektləri” vurmaq üçün uzaq-mənzilli silahlardan istifadə edib.
Bu arada isə Zelenski cümə günü Kiyevdə Dombrovski ilə görüşərək ona Aİ-nin 2023-cü ildə Ukraynaya 18.5 milyard dollardan çox planlaşdırılan maddi yardım proqramına görə təşəkkür edib.