Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
15:29 | 19 noyabr 2022 | Şənbə
Məqaləyə 659 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukrayna bu yaxınlarda geri aldığı Xerson şəhərinə qatar xidmətini bərpa edib. Bu arada Rusiya qoşunları bir neçə cəbhədə hücumlarını gücləndiriblər. Donbasın şərqində intensiv döyüşlər gedir.
Böyük Britaniyanın baş naziri Prezident Vladimir Zelenski ilə danışıqlar üçün noyabrın 19-da Kiyevə gözlənilmədən səfər edib və yeni silah və təhlükəsizlik yardımı paketini elan edib.
Ukrayna dövlət dəmir yolu idarəsinin Kiyevdən gəldiyini elan etdiyi qatar Rusiya qüvvələri Xersondan geri çəkiləndən və Ukrayna qüvvələri şəhəri ələ keçirəndən bir müddət sonraya təsadüf edən kiçik, amma simvolik bir nailiyyətdir.
Bu, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən sonra Kiyevdən Xersona yola düşən ilk qatardır. Rəsmilər bununla da müntəzəm qatar xidmətinin bərpa edildiyini bildirib.
Ukrayna ordusunun Baş Qərargahı bildirib ki, Rusiya Ukraynada raketlər və dronlarla enerji infrastrukturuna zərbələr endirməyə davam edir. Xersonun 300 kilometr şimal-şərqində yerləşən Zaporjoye noyabrın 18-dən bəri 42 dəfə vurulub, nəticədə minlərlə insan istiliksiz qalıb, deyə Baş Qərargah gündəlik məlumatında bildirib.
“Raket partlayışları mərkəzi istilik boru kəmərlərini zədələyib və 17 mindən çox insanın yaşadığı 123 çoxmərtəbəli binaya soyuducu mayenin verilməsini dayandırıb”, – Zaporijjya vilayətinin qubernatoru Aleksandr Starux “Telegram”da yazıb.
Zaporijjya regionunda Avropanın ən böyük nüvə elektrik stansiyası yerləşir ki, o, fevral ayında hərbi müdaxilə başlayandan bəri Rusiyanın nəzarəti altındadır.
Ukraynanın bir çox hissəsi, o cümlədən Kiyev arabir, bəzən uzun müddətli elektrik və istilik sistemində fasilələrlə üzləşir ki, bu problem bu həftə qış havasının başlaması ilə daha da pisləşib. Baş nazir Denis Şmıhal bu həftə deyib ki, ölkənin enerji infrastrukturunun təxminən 50 faizi Rusiyanın zərbələri nəticəsində sıradan çıxıb.
Rusiyanın Müdafiə Nazirliyi Donbasda bir neçə yerdə intensiv döyüşlərin getdiyini təsdiqləyib.
İntensiv döyüşlərin getdiyi ərazilərdə döyüş meydanında uğurların əldə edildiyinə dair məlumatları təsdiqlənir.
Britaniya Baş naziri Rişi Sunak ofisinin yaydığı bəyanatında bildirib ki, London Ukraynanı 59.4 milyon dollarlıq silah paketi ilə təmin edəcək ki, buna təyyarə əleyhinə silahlar və dron əleyhinə texnologiyalar daxildir.
“Mən bu gün Birləşmiş Krallığın Ukrayna ehtiyacı olan və layiq olduğu sülh və təhlükəsizliyi qazananadək sizin yanınızda olmağa davam edəcəyini demək üçün buradayam”, – Sunak Zelenski ilə birgə keçirilən mətbuat konfransında bildirib.