Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:15 | 22 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 844 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Putin güc strukturları rəhbərliyinin nümayəndələri ilə son görüşdə cəbhədən gələn xəbərləri və bunun nəticəsində tam səfərbərlik və hərbi vəziyyətin elan edilməsini müzakirə edib. Putinə bütün cəbhə xəttindəki çətin vəziyyət barədə məlumat verilir. Səfərbər olunanların texnikası, silahları və motivasiyası ilə bağlı problemlərlə yanaşı, soyuq havanın gəlməsi ilə soyuqdəymə, virus və bakterial xəstəliklərin kəskin artması şəklində ciddi problemlər yaranıb. Döyüş tapşırıqlarının səmərəliliyinə təsir edən ağır şərtlərdən tutmuş xəstələnmiş hərbçilərə qədər heç kimə və heç nəyə güzəşt olunmur. Döyüş bölgəsində hərbi qulluqçular arasında qeydə alınan donma hallarının sayı artıb. Bu, təchizat problemləri, dərmanların praktiki olmaması və təcili tibbi yardım göstərmək imkanı ilə eyni zamanda baş verir.
Bütün bunların fonunda Putin tam şəkildə səfərbərliyə ehtiyac olduğuna əmin olduğunu bildirib. İndi onun fikrincə, qismən səfərbərliyin ikinci dalğası heç nəyi həll etməyəcək və bu, “itin quyruğunu hissə-hissə kəsmək” kimi bir şeydir. Prezident fikrini bildirib ki, səfərbərlik zəruridir və yalnız onu necə elan etmək, ən əsası isə qismən səfərbərlik təcrübəsini nəzərə alaraq, onu ən səmərəli və hədsiz şəkildə həyata keçirmək barədə düşünmək lazımdır. Putin 300 mini qadın olmaqla daha 2 milyon insanı çağırmağı “kafi” hesab edir. İclas iştirakçıları çox həvəs göstərmədən prezidenti dəstəkləyiblər. Hərbi blokun rəhbərliyinin nümayəndələri səfərbərliyin 2023-cü ilin yanvarından həyata keçirilməsinin mümkünlüyünü və hazır olduğunu təsdiqləyiblər. Putin Sergey Kiriyenkonun təklif etdiyi ideyanı - səfərbərliyin bir hissəsi olaraq, əksər hallarda ukraynalı soyadı olan insanları çağırmaq ideyasını bölüşüb. Düşüncə budur ki, qoy, ukraynalılar bir-birilərini məhv etsinlər. Müdafiə Nazirliyinin sözçüsü belə bir qərarın “görünməz şəkildə” həyata keçirilməsinin çətin olacağını və ilkin hazırlıqların görülməli olduğunu bildirib.
Daha sonra, qismən səfərbərlik zamanı iğtişaşların yaşandığı Rusiya Federasiyasının problemli subyektləri müzakirə edilib və prezident də daxil olmaqla, iclas iştirakçıları gələcəkdə bu ərazilər üçün “minimal” səfərbərlik planlarını düzgün hesab ediblər. Hərbi vəziyyətə gəlincə, Putin deyib ki, o, bu dəfə özünü “yarımçıq qərarala” məhdudlaşdırmağı yox, səfərbərliklə yanaşı, bütün ölkə ərazisində və ya ən azı Rusiyanın əksər ərazilərində hərbi vəziyyət elan etməyi zəruri hesab edir. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” olduğu halda “xalq müharibəsi” indi Putinlə ətrafı arasında əsas müzakirə mövzusudur. Prezidentin fikrincə, nəticənin qələbə və ya məğlubiyyət olmasından asılı olmayaraq, səfərbər olunanlar arasında çoxlu sayda qurbanlar yalnız Rusiya cəmiyyətini toparlayacaq və mövcud rejimi gücləndirəcək.