
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Baş Prokurorluğun bildirdiyinə görə, Ukraynada fevralın 24-dən indiyədək 437 uşaq ölüb, 839 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Uşaqlara ən çox Donetsk, Xarkov və Kiyev vilayətlərində zərər dəyib. Qeyd olunub ki, bu rəqəmlər yekun xarakter daşımır. Belə ki, hərbi əməliyyatların aparıldığı yerlərdə, işğal olunmuş və azad edilmiş ərazilərdə bu istiqamətdə işlər davam etdirilir.
Rusiya ordusunun bombardmanları və atəşləri nəticəsində 332-si tamamilə məhv ediliməklə, 2719 təhsil müəssisəsi zərər çəkib.
BMT-nin noyabrın 14-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada 408-i uşaq olmaqla, 6557 mülki şəxs həlak olub. Ölənlər arasında 2559 kişi, 1752 qadın, 170 qız və 204 oğlan uşağı var. Daha 34 uşağın və 1838 böyüyün cinsiyyəti müəyyən edilməyib. 10 074 nəfər yaralanıb.
Məlumatda deyilib ki, ölümlərin əksəriyyətinə ağır artilleriya, çoxsaylı raket sistemləri və raket atəşləri da daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə səbəb olub.
İnsan Haqları üzrə Ali Komissarlıq real rəqəmlərin daha çox olduğunu deyib. Belə ki, intensiv döyüşlərin getdiyi bəzi yerlərdə məlumatlar gecikdirilib, bir çox xəbərlər hələ də təsdiqini tapmayıb. Buraya Mariupol, İzyum, Lisiçansk, Popasna və Severodonetsk daxildir. Bəzi məlumatlara görə, həmin ərazilərdə də mülki əhali arasında itkilər var.