Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:14 | 23 noyabr 2022 | Çərşənbə
Məqaləyə 939 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya çərşənbə günü Ukraynanın onsuz da zədələnmiş elektrik şəbəkəsinə havadan yeni zərbələr endirib. Belə görünür Moskva qüvvələri qışın başlanğıcında ukraynalıları əzab-əziyyətə salmaq niyyətindədir.
Paytaxt Kiyevin rəsmiləri ikimərtəbəli binanın vurulması nəticəsində 3 nəfərin öldüyünü bildirib. Ukrayna rəsmiləri bir çox şəhərlərdə, eləcə də Kiyevin bəzi bölgələrində və qonşu Moldovada elektrik enerjisinin kəsilməsi barədə məlumat verib.
Kiyev meri Vitali Kliçko “Telegram” kanalında “paytaxtın infrastruktur obyektlərindən birinə zərbə endirildiyini”, nəticədə bir nəfərin yaralandığını yazıb.
Mer yazıb ki, qərbdəki Lvov şəhərində, Polşa ilə sərhədə yaxınlığındakı ərazidə neçə hədəfin vurulduğu barədə məlumat olmasa da, bütün şəhərin elektrik enerjisi kəsilib.
Bu arada isə Ukrayna rəsmiləri çərşənbə günü Rusiya qüvvələrinin gecə saatlarında Ukraynanın cənubunda doğum evinə endirdiyi hava zərbələri zamanı yeni doğulmuş bir körpənin öldüyünü, anasının isə yaralandığını bildirib.
Rəsmilərin dediyinə görə, raket hücumları Zaporijye vilayətinin Vilnyansk şəhərində ikimərtəbəli binanı dağıdıb.
Dövlət fövqəladə hallar xidməti körpənin anası və həkimin dağıntılar altından xilas edildiyini deyib.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında yazıb ki, Rusiya “mülki əhaliyə və mülki obyektlərə qarşı döyüşlərini davam etdirir”.
“Düşmən 9 ay ərzində ala bilmədiyi və ala bilməyəcəyini yenidən terror və qətllərlə almağa cəhd etmək qərarına gəlib. Əvəzində o, yalnız ölkəmizə gətirdiyi bütün pisliklərin hesabını verəcək” Zelenski bildirib.
Ukrayna lideri daha sonra Avropa Parlamentinin Rusiyanı “terrorun sponsoru olan dövlət” kimi tanıması ilə bağlı qərarını alqışlayıb.
Çərşənbə günü Avropa İttifaqı qanunvericiləri tərəfindən təsdiqlənən qətnamədə “Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı qəsdən həyata keçirdiyi hücumları və vəhşilikləri, mülki infrastrukturun dağıdılması, insan haqları və beynəlxalq humanitar hüququn pozulması kimi ciddi pozuntuları” göstərilib.
Ukraynanın Təhlükəsizlik Xidməti çərşənbə axşamı Kiyevdəki tarixi pravoslav monastırında şübhəli “Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətinə” qarşı reyd keçirdiyini bildirib.
Qeyri-adi reyd YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Kiyev Peçersk Lavrasında bu yaxınlarda keçirilən ibadət zamanı keşişin Ukraynanın işğalçısı Rusiya haqqında müsbət danışmasından sonra baş verib.
Ukrayna hökuməti axtarışa Rusiyanın mümkün gizli əməliyyatlarına dair şübhələrin səbəb olduğunu bildirib.
Rusiyanın pravoslav kilsəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya doqquz aydır davam edən işğalını qəti şəkildə dəstəklədiyi halda, Ukraynanın yüzlərlə pravoslav kilsəsi Moskvanın idarə etdiyi şöbəsi ilə əlaqəsini kəsib.
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna hakimiyyətini “Rusiya pravoslav kilsəsinə qarşı müharibə aparmaqda” ittiham edib.
Rus pravoslav kilsəsinə rəhbərlik edən Moskva patriarxı Kiril Rusiyanın Ukraynanı işğalını Moskva ilə Qərb arasında “metafizik mübarizə” adlandırıb. O, çərşənbə axşamı kilsədə keçirilən axtarışın “hədə-qorxu aktı” olduğunu deyib.