Rusiyada benzin talonla verilir
Ölkədə yanacaq qıtlığı dərinləşir
21:55 | 1 aprel 2014 | Çərşənbə axşamı
Məqaləyə 1741 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkədə yanacaq qıtlığı dərinləşir
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna 25 mayda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Aprelin 1-də Ukrayna Mərkəzi Seçki Komissiyası “Sağ sektor”un lideri Dmitri Yaroşun namizədliyinin qeydə alınmasından imtina edib. MSK-dan bildiriblər ki, bunun üçün öncə Yaroşun seçki kampaniyasına xərcləyəcəyi pulların qaynağı araşdırılmalıdır. (musavat.com)
Qeyd edək ki, Ukrayna qanunlarına görə, namizədliyini müstəqil qaydada irəli sürən namizəd banka 2,5 milyon qrivna girov qoymalıdır. Yaroş həmin məbləği banka qoyub və sənədləri MSK-ya təqdim edib. Ancaq MSK-da hesab edirlər ki, bu qaynaq o qədər də şəffaf deyil.
Ukraynanın yeni hökuməti hesab edir ki, Krımı almaqla sakitləşməyən Rusiya prezident seçkilərini pozmaq üçün plan cızır. Bu haqda Ukraynanın keçmiş müdafiə naziri Yevgeni Marçuk da Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya şərq vilayətlərində pozuculuq fəaliyyətini bundan sonra da davam etdirəcək: «Rusiya qoşunlarını Ukrayna sərhədlərindən çəkdiyini bildirsə də NATO-nun araşdırmaları bunun əksini göstərir. Krım gərginliyindən sonra Ukrayna Silahlı Qüvvələri də artıq özünə gəlib. Ona görə də Rusiyanın şərq vilayətlərinə açıq silahlı hücum planları hazırlayacağı gözlənilən deyil. Rusiya anlayır ki, əgər hücum etsə, hər iki tərəfdən xeyli qan axacaq. Ona görə də Rusiya iki yöndə çalışır. Bunlardan birincisi, prezident seçkilərinin bütün mümkün vasitələrlə qarşısının alınması, ikincisi, prezident seçkilərindən sonra yeni prezidentin öz səlahiyyətlərinin icrasına imkan verilməməsidir. Bu, seçki günü sərhəddə konflikt yaradılması ilə həyata keçirilə bilər».
Ukraynanın daxili işlər naziri Arsen Avakov Dövlət Vergi Xidməti Universitetin keçmiş rektoru Pyotr Melnikin həbs edildiyini bildirib. Nazir xəbəri Facebook profilində paylaşıb: ««Vergi rektor»u Melniki həbs etdik. Yadınıza gəlirmi, Yanukoviç dönəmində ev dustaqlığından qaçıb yoxa çıxmışdı. Onu Londondan dönərkən həbs etdik. Köhnə rejimin qurbanına o qədər də oxşamır. Qanun qaydasında yoxlayacağıq».
Unian.net xəbər verir ki, Melnik 2013-cü il iyulun 27-də 2 Ukrayna vətəndaşından övladlarının universitetə qəbul olması üçün 120 min qrivna rüşvət alarkən həbs edilmişdi.
Avakov Odessada iqtisad məhkəməsinin hakiminin yaxalandığını da deyib. Şəhəri gizlicə tərk etmək istəyən hakimin çantasında 500 min qrivna aşkarlanıb və müsadirə edilib.