Neft qiymətləri düşdü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
21:03 | 2 dekabr 2022 | Cümə
Məqaləyə 1169 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftə bir barelinə 60 dollar maksimum qiymət tətbiq etməyə razılaşıb. Aİ-nin müvəqqəti prezidenti Çexiyanın rəsmi sosial media hesabında paylaşılan yazıda üzv dövlətlərin nümayəndələrinin Rusiya neftinin maksimum qiyməti ilə bağlı razılığa gəldiyi bildirilib.
Qərarın Aİ-nin rəsmi nəşrində dərcindən sonra qüvvəyə minəcəyinə diqqət çəkib. Böyük yeddilik və Aİ ölkələri Rusiya neftinə maksimum qiymət tətbiq etmək üçün danışıqlar aparırdılar.
Böyük yeddilik ötən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin maksimum qiymətini 65-70 dollar arasında müəyyən etməyi təklif edib.
AB daxilində, xüsusilə Polşa, Litva və Estoniya adıçəkilən qiymətləri daha aşağı səviyyələrdə müəyyən etməyə çalışırdılar və yekdillik lazımi qərarın qəbul edilməsinə mane oldu.
Rusiya neftinin nəqlində mühüm rol oynayan və əhəmiyyətli gəlir təmin edən Yunanıstan, Malta və Cənubi Kipr maksimum qiymətin daha yüksək səviyyədə təyin olunmasını istəyib.
Aİ Komissiyası isə üzv dövlətlər arasında danışıqlarda konsensusa nail olmaq üçün Rusiyadan dəniz yolu ilə daşınan neftin bir bareli üçün tavan qiymətinin 60 dollar olması təklifini irəli sürmüşdü.
Bundan əlavə, Rusiya neftinin bu qiymətə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin dünya bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.
Rusiya neftinə tətbiq edilən maksimum qiymətə hər 2 aydan bir yenidən baxılacaq.
Maksimum qiymət tətbiqinin Aİ-nin Rusiyadan dəniz yolu ilə xam neft tədarükünü kəsmək qərarının qüvvəyə mindiyi dekabrın 5-də qüvvəyə minməsi gözlənilir.
Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir.
Digər tərəfdən, Rusiya rəsmiləri maksimum qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.