
ABŞ-da İncil satışlarında kəskin artım
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
Çin mərkəzli iqtisadi platforma olan “Hurun Report”un “Qlobal Zənginlərin Siyahısı” açıqlanıb. Siyahıya əsasən, milyarderlərin sayı 3279-a yüksəlib. ABŞ bu il siyahıya daha 109 milyarder əlavə etdiyi halda, Çinlilərin sayı 155 nəfər azalsa da, 814 nəfərlə dünyada birinci yerdədir.
1933 nəfərin sərvəti artarkən, ilin ən çox qazananları 90 milyard dollarla Mark Zukerberq və 74 milyard dollarla İlon Mask olub. Məlumatlara görə, “Nvidia”dan Censen Huang sərvətini iki dəfə artıraraq 48 milyard dollara çatdırıb. Cef Bezos və Larri Peyc isə bu il əvvəlki ilə nisbətən itkilərini bərpa ediblər. Ötən il 70 milyard dollar itirən Bezos bu il sərvətinə 67 milyard dollar əlavə edib, Peyc isə keçən ilki 41 milyard dollar itkini 48 milyardlıq qazancla kompensasiya edib.
Milyarderlər siyahısı üzrə sıralamada daha bir ölkənin vəziyyətində ciddi irəliləyiş var. Belə ki, ABŞ-dan sonra milyarderlərin sayında ən çox artım Hindistanda oldu. Ölkənin ən böyük şəhəri olan Mumbay ilk dəfə Asiyanın ən çox milyarderinin sayına görə Pekini geridə qoyub. Ötən il 1-ci olan Çin paytaxtı 4-cü yerə düşüb. Nyu York isə 7 ildən sonra liderliyini geri alıb. Bununla belə, “Böyük İkili” Çin və ABŞ dünyanın tanınmış milyarderlərinin 49 faizinə ev sahibliyi edir.
Siyahıda ilklər də var idi. Məlumata görə, Yeni Dehli ilk 10-luğa, Palm Beach, İstanbul, Mexiko və Melburn isə ilk 30-luğa ilk dəfə daxil olub.
Türkiyədəki 25 milyarderdən 22-nin yaşadığı İstanbul ilk dəfə daxil olduğu siyahıda 26-cı yeri tutub.
22 milyarderə ev sahibliyi edən İstanbul Avropada da sayılıb-seçilir. Qitənin ən zəngin insanlarına sahib şəhərlər sırasıyla London, Moskva, Paris və Milan olduğu halda, İstanbul ilk dəfə siyahıda ilk 5-liyə daxil olub.