
Dayaz sular strategiyası
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Böyük Britaniya taxtının sahibi III Çarlzın son portretinin müəllifi əsərin niyə belə qırmızı olduğunu açıqlayıb. Bukingem sarayında kral tərəfindən açılışı olan rəssam Conatan Yeonun rəsmində Kral qırmızı fonda Uels mühafizəçiləri geyimində təsvir olunub.
Qeyri-adi portret kralın pərəstişkarları və sosial media istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bəziləri böyük qırmızı sahələrin onları “narahat etdiyini” və monarxın “cəhənnəmdə” olduğu kimi göründüyünü bildirib.
Yeo, qarışıq reaksiyaların öhdəsindən erkən gəldiyini və portretin onlayn olaraq yaratdığı reaksiyalardan həzz aldığını söyləyib.
O, “Sunday Times”a verdiyi müsahibədə “mənim kiçik qızım TikTok-da bu şəkil haqqında mənə bütün çılğın rəyləri göstərmək istəyirdi”, – deyib.
17 yaşlı qızım rəsmlə bağlı “Satanist” və “İlluminat”dan olduğumu iddia edən rəyləri oxuyaraq çox qəhqəhəli zaman keçirdi.
“Bir rəsmə nə etsəniz də, danışdığınız hekayənin nə qədər aydın olduğunu düşünsəniz də, kimsə buna tamam başqa bir mənasını verəcək”, – rəssam bildirib:.
Portretdə niyə bu qədər qırmızıdan istifadə etməsinə gəlincə, 53 yaşlı rəssam Kralın parlaq rəngli formasını tonlamaq və diqqətini yayındırmaq istədiyini bildirib.
Qəzetə verdiyi müsahibədə “Qırmızı rəngin həqiqətən diqqəti yayındıracağını düşündüm” deyən rəssam, arxa fonu qırmızı saxlamaqdansa, bütün tablonu al-qırmızı rəngə bürüməyə üstünlük verdiyini bildirib: “Bunun psixoloji fonu da ola bilər. Çünki bu əsəri çəkərkən, 2023-cü ilin mart ayında infarkt keçirdim. Amma mən iddia edilənlərin heç birindən qətiyyən xəbərdar deyildim. Sadəcə bu rəngi bəyənirəm”.
Yeo, əvvəllər bənzər şey etmədiyindən Kralın medallarını və formasını çəkməkdə çətinlik çəkdiyini bildirib: “Yəqin ki, medallara sifətdən daha çox vaxt sərf etdim, çünki işə başlayanda üzü çəkəcəyim bilirdim”.
Rəsmi çəkərkən gördüyünüz ilk şey medallar idi, çünki onlar çox parlaq idi. Mən medalların bu qədər gözəbatan olmalarını istəməzdim, amma onlar bir yerdə olmalı idilər. Mən onları əlavə edirdim və çox göründüyü üçün tez də sildim. Bu əlavə etmə və çıxma prosesi idi”.
Hündürlüyü 2,5, eni 2 metr olan yeni əsər 2020-ci ildə – Çarlz şahzadə ikən “The Drapers” şirkətinə üzv olmasının 50 illiyi mərasimində sifariş edilib.
Yeo Kralla dörd dəfə, 2021-ci ilin iyununda “Highgrove”da və daha sonra Klarens Hausunda şahzadə olarkən görüşüb. Son görüş 2023-cü ilin noyabrında “Clarence House”da baş tutub.
Portret mayın 16-dan iyunun 14-dək Londondakı “Philip Mold” Qalereyasında bir ay ərzində nümayiş olacaq. Qeyd edək ki, “Philip Mold” Qalereyasına giriş pulsuzdur.