
Polşa Rusiya ilə sərhədə mina “əkir”
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
Polşada keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib
Hər iki namizəd Polşa seçkilərində qələbə qazandıqlarını bəyan ediblər
Rusiya-Ukrayna müharibəsinin kölgəsində Polşada ikinci tur
Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”
Almaniya ölkəyə qanunsuz daxil olan iki əfqanı deportasiya edə bilmədi
Qənimətlə dolu qatarda çarların əfsanəvi Kəhrəba otağından götürülən xəzinə də var
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
25 min obyektin şəklini çəkmək qadağan olunub; cərimə və həbs təhlükəsi
Katın qətliamlarının 85-ci ildönümüdür
Varşava 2 milyard dollarlıq “Patriot” müqaviləsi imzalayır
Polşalı hüquq müdafiəçiləri qərara etiraz edib
NATO-dan Rusiyaya xəbərdarlıq
Polşa bələdiyyəsi siçanlarla müharibə elan edib
Həqiqi vətənpərvərin birinci vəzifəsi insanlığa xidmət etmək olmalıdır
Duda: “ABŞ-ın nüvə silahlarını ölkəmizdə yerləşdirməsini istəyirik”
Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib. Beləliklə, Polşa Kanada, Ukrayna, Latviya və Litvadan sonra Krım tatar sürgününü soyqırım kimi tanıyan 5-ci ölkə oldu.
Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıdı.
“Pravda” qəzetinin yazdığına görə, Polşa parlamentinin aşağı palatası olan Seym “Krım tatar xalqına qarşı soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək qərarı”nı təsdiqləyib.
Qərarla bağlı səsvermədə 414 deputat lehinə, 16 deputat əleyhinə və 2 deputat bitərəf qalıb.
Qərarda vurğulanıb ki, SSRİ hakimiyyəti 1944-cü il mayın 18-də səhər saatlarında Krım tatarlarını Krım yarımadasından deportasiya etməyə başlayıb və üç gün ərzində təxminən 200 min insanı Orta Asiya və Sibirə zorla yerləşdirib.
1944-cü ildə Krım tatarlarının Krımdan deportasiya edilməsinin Krım tatar xalqına qarşı soyqırım aktı olduğu bildirilib.
Polşalı deputatlar həmçinin xatırladıblar ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ərazi bütövlüyü prinsipinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Polşa Krım tatar sürgününü soyqırım kimi tanıyan 5-ci ölkə oldu.
Kanada, Ukrayna, Latviya və Litva Krım tatar sürgününü soyqırım kimi tanıyıb.
***
İkinci Dünya müharibəsində Sovet Rusiyası Krımı almanlara verməli oldu. Krım tatar türkləri sovetlərin tərəfinə keçərək faşist Almaniyasına qarşı uğurla vuruşdular. Buna baxmayaraq, rus komandirləri Krım tatarlarını “almanlarla əməkdaşlıqda” ittiham etdilər.
Qırmızı Ordu yarımadanı Hitlerdən geri aldıqdan sonra Krım tatar türkləri ruslar tərəfindən təzyiqlərə məruz qalmağa başlanıb. Krım tatarlarına qarşı sovet rəhbərliyinə hesabatlar hazırlanıb və onların öz vətənlərindən tamamilə qovulması tələb edilib.
Təxminən 250 min Krım tatar türkü 3 gün ərzində heyvan daşıyan vaqonlarda Orta Asiyaya sürgün edildi. Sürgünə göndərilənlərin təxminən yarısı xəstəlik, aclıq və çətin şəraitdən yollarda həlak oldu.
Krım tatarlarının yarımadadan sürgünündən sonra türk mədəniyyətinin və digər toplumların izlərinin silinməsi üçün sistemli işlərə başlanılıb. 1944-cü ilin sonunda alınan qərarla SSRİ rəhbərliyi Krımda olan bütün türk yer adlarını ruscaya dəyişdirdi.