Kraldan prezidentə təbrik məktubu
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
23:08 | 24 iyul 2024 | Çərşənbə
Məqaləyə 444 dəfə baxılıb
Şriftin ölçüsü
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
İngiltərənin Mançester hava limanında polis məmurunun yerdə yatan şəxsin üzünə və başına təpik vurması və digər polislərin elektroşok silahlarını çıxartması görüntüləri sosial mediada yayılıb.
Görüntülərdən sonra şəhər polisinin verdiyi açıqlamada hava limanı terminalında bir şəxsi saxlamaq istəyən polisin 4 nəfərin hücumuna məruz qaldığı qeyd edilib. Yumruqlu hücum zamanı bir qadın polisin burnunun qırıldığı, hücuma görə 3 polisin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Açıqlamada hadisəyə müdaxilə edən polis əməkdaşlarının silahlarının götürülmə riski ilə üzləşdiyi, hücum edənlər olduğu deyilən 4 nəfərin saxlanıldığı, lakin bu şəxslərin səhiyyə işçilərinə də hücum etdiyi bildirilib.
Açıqlamada, polisin yerdə yatan şəxsin başına və üzünə təpik atması ilə bağlı “Videodakı davranışla bağlı narahatlıqlardan xəbərdarıq və Peşə Standartları Müdirliyimiz bunu araşdırır”, – deyilir.
***
Sosial mediada paylaşılan görüntülərdə Britaniya polisinin yerdə uzanan şəxsin üzünə və başına təpik vurması, digərinin isə diz çökən zaman əvvəlcə qarnına təpik vurması, sonra isə dirsəklə boynunun arxasından itələdiyi görünür.
Sosial şəbəkədə hadisəyə reaksiya verən istifadəçilər polisin müdaxiləsini tənqid ediblər. “Lowkey” təxəllüsü ilə görüntüləri paylaşan müğənni Kərim Dennis (Kareem Dennis) “Mançester hava limanında polis iki müsəlmana analarının gözü qarşısında hücum edir”, – deyib.
Baş verənlərin təfərrüatlarını paylaşan jurnalist Aleks Tiffin (Alex Tiffin) “Mançester polisi və İngiltərə nəqliyyat polisinin cavab verməli olduğu ciddi sualları var”, – deyib.
Tiffin həmçinin polisin cəsəd axtarışı zamanı təcavüzkar olduğu iddia edilənlərin anasını itələdiyini və hadisənin bununla başladığını iddia edib.
Mançester Universitetinin rektoru Nazir Əfzal sosial şəbəkədəki paylaşımında “Mənzərəni tam görmək lazımdır. Lakin heç kim silahsız ağzı üstə yerə uzanmış və əlləri yan tərəfə olan adamın üzünə təpik atılmasına, başını tapdalayıb elektroşok verilməsinə haqq qazandıra bilməz”, – deyib.