
Çinin “Birgə qılınc” əməliyyatı
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
WSJ mümkün ssenarini 5 bənddə ümumiləşdirdi, üçüncü dünya müharibəsi ssenarisi
Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
Tayvanda Çin xəbərdarlığına Pekindən hədələyici cavab: “Odla oynamayın”
Tayvanda 5.7, İtaliyada 4,4 gücündə zəlzələ təşviş yaradıb
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Nəqliyyat vasitəsi 5 metr dərinlikdə torpağın altında qalıb
Çinin ada yaxınlığında təliminə cavab olaraq Tayvan bölgəyə qoşun yeridib
Tayvan Çin şəxsiyyət vəsiqələri paylayan firmaları araşdırmağa başlayıb
Yüksək dəqiqlikli artilleriya raket sistemlərinə ən azı 7 milyard dollar xərclənəcək
Pekin hərbi təzyiqlərini gündəlik rejimə keçirib
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
Tayvan prezidenti Kinmen hücumu qurbanlarına çağırış edib
Çinin ən müasir gəmisi Yaponiya yaxınlığında göründü
Çin ordusu hərəkəti əvvəldən-axıradək izləyib
Tayvan mümkün müharibəyə qarşı hərbi təlimlərə başlayır
Tayvan lideri Lay Çinq-ti dünən paytaxt Taybeydə başlayan Parlamentlərarası Alyansın (IPAC) konfransında Çinlə “mübarizə yerinə dialoqa üstünlük verməyə hazırıq”, – mesajını verdi.
Sabah davam etdirilməsi planlaşdırılan konfransda 35 ölkədən siyasətçilər iştirak edir.
IPAC çərçivəsində keçirilən toplantıda çıxış edən Lay konfransın “digər ölkələrin Tayvana verdiyi dəstəyi və dəyəri” göstərdiyini bildirib.
Konfransın demokratik ölkələrə müsbət mesaj verdiyini ifadə edən Lay, Çinlə əlaqələrlə bağlı “Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində mübarizə aparmaq əvəzinə dialoqa üstünlük verməyə hazırıq”, – deyib.
Çin ilə əlaqənin Tayvan boğazında mübahisələri azaltmaq, sülh və sabitliyi təmin etmək üçün davam edəcəyini vurğulayan Lay, ölkələri Tayvanda bir araya gəlməyə dəvət edib.
Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada IPAC-ın “etibarlı olmadığı” ifadə edildi.
“Çin və Tayvan hakimiyyəti ilə diplomatik əlaqələri olan ölkələr arasında istənilən rəsmi dialoqa qarşıdır”, – bəyanatda deyilir.