Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:51 | 16 avqust 2024 | Cümə
Məqaləyə 255 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Rusiyanın Kursk ərazisinə kütləvi əks-hücumunun əks-sədaları davam edir. Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinin ələ keçirildiyini və lazım gələrsə, orada hərbi komandanlıq mərkəzlərinin yaradılacağını bəyan edib.
ABŞ prezidenti Co Bayden dünən Kursk əməliyyatı ilə bağlı verdiyi ilk açıqlamada “vəziyyət Putin üçün əsl dilemma yaradır” deyib.
Bayden Kiyev administrasiyası ilə daim əlaqə saxladıqlarını bildirsə də, Ağ Evin sözçüsü Karin Jan-Piyer əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılmadıqlarını bildirib.
Digər tərəfdən, Böyük Britaniya Ukraynanın özünü müdafiə etməsi lazım olduğu hallarda Rusiya ərazisinə hücum üçün Britaniya istehsalı olan silahlardan istifadə oluna biləcəyini bəyan edib.
Ancaq İngiltərə və Fransanın birgə istehsal etdiyi uzun mənzilli “Storm Shadow” raketləri bu siyahıya daxil edilməyib.
Bəs, Kiyev qüvvələrinin Rusiya ərazisinin təxminən min kvadratkilometrini ələ keçirdiyi iddia edilən əməliyyat 2022-ci ilin fevralında Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə başlayan müharibənin gedişatını dəyişəcəkmi?
“Associated Press” agentliyinin təhlilində Kursk əməliyyatının Ukrayna üçün “böyük qumar” olduğu qiymətləndirilir. Bildirilir ki, Kiyev “nüvə silahı olan və məhdud resurslara əsaslanan düşmənə qarşı müvəffəqiyyət zəmanəti olmayan hücuma cəhd edib”.
Bununla belə, təhlil Kursk əməliyyatının məqsədinin hələ də aydın olmadığını göstərir və aşağıdakı sualı verir: “Ukrayna tutduğu ərazini qoruyacaq, Rusiya ərazisində irəliləyişini davam etdirəcək, yoxsa geri çəkiləcək?”
Bundan əlavə, əməliyyatın ötən yay uğursuz əks-hücumdan sonra Ukraynanın əhval-ruhiyyəsini artırdığı vurğulanır və aşağıdakı şərhlər paylaşılır: “Siyasi baxımdan bu hücum Rusiyanın vəziyyətini dəyişdi və Ukraynanın getdikcə daha əlverişsiz atəşkəs şərtlərini qəbul etməyə məhkum göründüyü münaqişənin şərtlərini yenidən müəyyənləşdirdi”.
Kurskdan başqa, Ukrayna iki gündür Rusiyanın Belqorod vilayətində də hücumlar həyata keçirir. Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Ukrayna ordusunun hücumları səbəbindən bölgədə federal fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Bu bölgələrdən ən azı 200 min Rusiya vətəndaşının təxliyə edildiyi bildirilib.
Dünən verdiyi açıqlamada Zelenski Kurskda 100 rus əsgərinin əsir düşdüyünü və bu şəxslərin gələcəkdə mümkün əsir mübadiləsində iştirak edəcəklərini bildirib.
Böyük Britaniya mediası BBC-nin təhlilində Ukraynanın sərhədyanı əməliyyatlarla “cəsarətli addım ataraq Qərb ölkələrinin etibarını geri qazandığı” yazılır: “Putin və Kreml üçün bu, tamamilə dözülməz vəziyyətdir və onlar Kiyevə güzəştə getmək niyyətində deyillər”.
Ukrayna avqustun 6-da başlayan Kursk əməliyyatı ilə müharibədə ən böyük sərhəd əməliyyatını təşkil edir.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın ümumilikdə ən azı 2030 əsgər, 35 tank və 179 zirehli texnika itirdiyini iddia edib. Kiyev itklər haqqında məlumat paylaşmır.