Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
23:02 | 16 avqust 2024 | Cümə
Məqaləyə 282 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Kurskda irəliləyişini davam etdirərkən, rus şirkətləri cəbhədə səngər qazacaq adam tapmaq üçün iş elanları yayırlar. BBC-nin rus xidmətinin məlumatına görə, elanlar ikinci müdafiə xətti yaratmaq üçün səngər qazmaq və tank əleyhinə maneələr qurmaq kimi işlər üçün adamlar axtarır.
Moskva və Sankt-Peterburq şirkətlərinin yerləşdirdiyi elanlarda təcrübə tələbi olunmasa da, işçilərə ayda 150 min ilə 370 min Rusiya rublu (təxminən 2850-7000 manat) arasında maaş veriləcəyi bildirilir.
Amerikada yerləşən Müharibə Araşdırma İnstitutunun tədqiq etdiyi peyk görüntülərinə görə, Rusiya Ukrayna cəbhəsindən təxminən 15 kilometr aralıda müdafiə xətti qurur.
Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada əməliyyatın uğurla davam etdiyini və Kursk vilayətinin Suca şəhərini ələ keçirdiklərini iddia edib.
Ukrayna Baş Qərargah rəisi Aleksandr Sirski də 82 yaşayış məntəqəsini nəzarətə götürdüklərini iddia edib. 1150 kvadrat kilometr əraziyə nəzarət etdiklərini iddia edən Sirski burada hərbi komandanlığın yaradıldığını da bildirib.
Kiyev qüvvələri Kursk əməliyyatını davam etdirərkən, Rusiya şərq cəbhəsində irəliləyişini davam etdirir. Rusiya Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada ordunun Donetsk vilayətinin Pokrovsk şəhərini ələ keçirdiyi iddia edilib.
BBC-nin məlumatına görə, Ukraynanın avqustun 6-da başladığı Kursk əməliyyatı “İkinci Dünya Müharibəsindən sonra xarici ordunun Rusiyaya qarşı ən böyük hücumudur”.
Təhlildə bildirilir ki, “böyük qumar” kimi xarakterizə edilən bu addım ABŞ prezidenti Co Baydeni çıxılmaz vəziyyətə salıb.
Bildirilir ki, Amerika rəsmiləri bu əməliyyatın müharibənin siyasi və hərbi dinamikasını necə yenidən formalaşdıra biləcəyini qiymətləndiriblər.
Digər problem ondan ibarətdir ki, Qərb dövlətlərinin Ukraynaya göndərdiyi silah və texnika birbaşa Rusiya ərazisinə hücumda istifadə olunub. BBC xatırladır ki, NATO ölkələri, xüsusilə ABŞ müharibə başlayandan bəri bu məsələdə həssas siyasət yürüdür.
Lakin Almaniya və Böyük Britaniya özünü qorumaq üçün bu silahların Ukraynanın hücumlarında Rusiya ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verib. London administrasiyası bu icazənin Britaniya-Fransa birgə istehsalı olan uzun mənzilli “Storm Shadow” raketlərini əhatə etmədiyini bildirmişdi.
Amerikanın “Politico” jurnalist təşkilatının məlumatına görə, Vaşinqton həm də uzaqmənzilli raketlər göndərməklə Kiyevin döyüş qabiliyyətini artırmağı planlaşdırır.
Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Baydenin Ukraynaya “AGM-158” JASSM raketlərinin göndərilməsinə icazə verdiyini deyirlər.
Mütəxəssislər, təqribən 340 kilometr mənzilə sahib olan bu raketlərin Ukraynanın əlində olan “F-16”ları daha da ölümcül edə biləcəyinə diqqət çəkirlər.
“Politico” raketlərin göndərilməsi ilə bağlı yekun qərarın verilmədiyini bildirsə də, Pentaqonun iddialarla bağlı şərh tələbini rədd etdiyini bildirir.