
Kiyevin Bakıdan istəyi var
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
ABŞ-nin bu sanksiyası Rusiyanı çökdürə bilər
Tramp Putini indi başa düşüb, Senat hərəkətə keçdi
NATO-dan Rusiya xəbərdarlığı: “İndi bütün NATO Rusiya ilə sərhəddir”
İngilis ordusundan yeni müharibə strategiyası
Yanukoviçin köməkçisi, Avromaydan repressiyalarını əsas fiquru zənginlər qəsəbəsində güllələnib
Hindistan məcbur oldu, Rusiya isə buna çalışır
Papa XIV Leo Moskva ilə Kiyev arasındakı dayanmış danışıqları işə sala biləcəkmi?
Almaniyalı nazir: “Rusiyanın atəşkəs cəhdləri ərəfəsində hücumlarını artırması buna sübutdur“
Zelenskinin məktubunda Trampa nə yazılıb?
... Yaxud dünya dəvə görünən sevinən dəlinin əlində qalıb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
Kremlin şərtləri var
Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından davam edən müharibə avqustun 6-da yeni mərhələyə qədəm qoyub. Ukrayna 11 gün əvvəl girdiyi Rusiya ərazisinə irəliləyişini davam etdirərkən, Kursk bölgəsində ən kritik əhəmiyyətə malik körpü partladılıb. Moskva administrasiyası hücumun ABŞ silahları ilə həyata keçirildiyini açıqlayıb.
Ukrayna ordusunun Kurska hücumundan sonra iki ordu arasında başlayan qarşıdurmalar getdikcə şiddətlənir. Rusiya tərəfindən vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırıldığı və terrorla mübarizənin elan edildiyi bölgədə 130 minə yaxın insan təxliyə edilib.
Rusiya mətbuatı verilişlərdə vəziyyətin nəzarət altında olduğunu bildirsə də, ölkə ərazisi 3 ilə yaxındır davam edən müharibədə ilk dəfə Ukrayna tərəfindən işğal olunduğu halda, Ukraynanın Kursk bölgəsində irəliləməsi dayanmadan davam edir.
***
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Rusiya ordusunun təchizat yolunun hədəf alındığını bildirərək, Kursk bölgəsində Seym çayı üzərində strateji əhəmiyyətli körpünü partlatdıqlarını açıqlayıb. Ukrayna ordusunun yayımladığı videonu paylaşan Oleşçuk, Ukraynanın körpünün partladıldığı anları dünya ilə bölüşərkən Rusiya daxilində irəliləməyə davam edəcəyini bildirib.
Ukrayna administrasiyası avqustun 6-da daxil olduğu Kursk vilayətində və Rusiya ərazisi daxilində 1150 kvadrat kilometr ərazidə 82 yaşayış məntəqəsini 11 gün ərzində nəzarətə götürdüyünü iddia edir.
***
Moskva qərb istehsalı olan raketlərin Kursk bölgəsində iki mühüm körpünü dağıtmaq üçün istifadə edildiyini, Ukraynanın isə iki il yarımdır davam edən müharibənin gedişatını dəyişmək üçün Rusiyaya qarşı hücumlarını davam etdirdiyini iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Ukrayna Seym çayı üzərindəki körpünü dağıtmaq üçün ABŞ istehsalı olan HIMARS-dan istifadə edib və dinc sakinləri təxliyə etməyə çalışan könüllüləri öldürüb.
***
Rusiya XİN sözçüsü Mariya Zaxarova “Telegram”da bəyanat yayıb: “Kursk bölgəsi ilk dəfə Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, Amerikanın HIMARS raketləri ilə vuruldu. Qluşkovo rayonunda Seym çayı üzərindəki körpüyə hücum nəticəsində körpü tamamilə dağılıb və təxliyə edilən mülki şəxslərə kömək edən könüllülər həlak olub”.
Vaşinqton rəsmiləri bildiriblər ki, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında başladığı müharibədə qalib gəlməsinə imkan verə bilməyəcəyini deyən ABŞ, qəfil hücumu indiyə qədər ABŞ silahlarının istifadəsinə haqq qazandıran qoruyucu addım kimi qiymətləndirib.
***
Rusiya qüvvələri Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşarkən, Vladimir Zelenskinin baş müşaviri Mixayil Podolyak “Rusiyanı əhəmiyyətli taktiki məğlubiyyətlərə uğratmalıyıq” sölərilə başladığı açıqlamasına Ukraynanın ildırımlı hücumunu izah edib.
Podolyak deyib ki, Kurska hücum Moskvanı Ukraynadakı müharibə ilə bağlı “ədalətli” danışıqlara məcbur etmək məqsədi daşıyır.
Podolyak, Ukraynanın bölgədəki hücumları və xüsusilə də körpülərin dağıdılması ilə Rusiyanın tədarük zəncirini qırmaq və əlini zəiflətmək istədiyini desə də, “Kursk bölgəsində Rusiyanı ədalətli danışıqlar prosesinə məcbur etmək üçün hərbi vasitələrdən obyektiv şəkildə istifadə edildiyini göstəririk. Biz sübut etdik ki, effektiv təzyiq alətlərimiz var. İqtisadi və diplomatiya ilə yanaşı Rusiyanı əhəmiyyətli taktiki məğlubiyyətlərə uğratmalıyıq”.