
Uşaqlarda aşağı intellektə səbəb olurmuş
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Daha tez və ucuz...
2 möhtəşəm sehrbazlıq fəndi ilə ovlanan sakinlər ...
Kommunal xərcələri necə azaltmaq olar?
Alimlərdən xəbərdarlıq edir: «Zəhərlənmə, hətta komaya düşmə təhlükəsi yaranır»
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
Avtomobili sudan necə mühafizə etmək olar?
Alimlər duzlu suyu içməli suya çevirməklə problemdən qurtulmağa çalışır
«Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın»
Doğrudanmı çox maye qəbulu üz dərisini təravətli edir?
Valideynlər, uşaqlarınızı gələcək xəstəliklərdən qorumaq istəyirsinizsə...
«Suvarmada israfçılıq halları çoxdur və bu hələ də primitiv üsulla aparılır»
«Suvarmada israfçılıq halları çoxdur və bu hələ də primitiv üsulla aparılır»
Alimlər sudan nanoplastiklərin 98 faizini çıxaran üsul hazırlayıblar. Tədqiqatçılar deyirlər ki, yeni texnika bir gün hətta göllərdə və okeanlarda da istifadə oluna bilər. Millimetrin mində birindən kiçik olan nanoplastiklər su obyektlərində fərq edilmədən toplanır.
Əvvəlki araşdırmalar bu kiçik plastiklərin içməli su şüşələrində də tapıldığını müəyyən etmişdi. Qidalarla da qarışa bilən nanoplastiklərin sağlamlığa təsiri tam bilinməsə də, bəzi ürək və tənəffüs problemləri ilə əlaqələndirilir.
ABŞ-ın Missuri Universitetinin tədqiqatçıları bu problemi aradan qaldırmaq üçün maye əsaslı həll yolu hazırlayıblar. Tərkibində suyu udmayan həlledicilər olan məhlul əvvəlcə yağ kimi suyun üstündə üzür. Daha sonra su ilə qarışan maddə nanoplastikləri maqnit kimi çəkdikdən sonra sudan ayrılır.
Yenidən suyun səthinə çıxan məhlulun tərkibində yalnız nanoplastiklər olur. Daha sonra tədqiqatçılar samandan istifadə edərək suyu plastikdən təmizləyirlər.
Tədqiqatlarını “ACS Applied Engineering Materials” jurnalında dərc edən komanda şirin və duzlu suda nanoplastiklərin təxminən 98 faizini çıxara bilib.
Tədqiqatın müəlliflərindən biri Piyuni İştavira, “Nanoplastiklər su ekosistemlərini poza və qida zəncirinə daxil ola bilər, həm vəhşi təbiət, həm də insanlar üçün risklər yaradar”, – deyir.
Tədqiqatçılar bildirirlər ki, bu maddə toksik olmayan komponentlərdən ibarət olduğu və suyu udmadığı üçün başqa cür plastikdən təmizlənməyə çalışılan suyu çirkləndirməyəcək.
Artıq üsulu laboratoriya mühitində sınaqdan keçirən elm adamları məhluldan daha geniş miqyasda istifadə etmək üçün işlərini davam etdirəcəklər. Maddənin bir gün göllər və okeanlar kimi böyük su obyektlərindən nanoplastikləri çıxarmaq üçün istifadə edilməsi nəzərdə tutulur.
Məqalənin müəllifi Qeyri Beyker deyir ki, plastik hissəciklər çox miqdarda sudan az miqdarda həlledici ilə çıxarılıb: “Bu həlledicilərin tutumu hələ tam başa düşülməyib. Gələcək işimizdə həlledicinin maksimum tutumunu təyin etməyi hədəfləyirik. Biz həmçinin həllediciləri təkrar emal etməyin yollarını araşdıracağıq ki, lazım olduqda bir dəfədən çox istifadə olunsun”.