ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
09:56 | 22 avqust 2024 | Cümə axşamı
Məqaləyə 502 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ-da prezidentliyə müstəqil namizəd olan Robert Fransis Kennedinin (mərhum ABŞ prezidentinin adını daşıyan nəvəsi) Donald Trampın lehinə geri çəkilə biləcəyi bildirilib. İddialara görə, Kennedi avqustun 23-də çıxışında Trampla birlikdə səhnəyə çıxacaq.
ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edən Robert Kennedinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın lehinə geri çəkiləcəyi gündəmdədir.
ABŞ mediasına danışan mənbələr bildiriblər ki, Kennedy Trampı dəstəkləməyə meyllidir, lakin qərar hələ yekun deyil və dəyişə bilər.
***
“ABC News” müxbiri “X”də yazdığı bir yazıda Kennedidən Trampı dəstəkləyib-dəstələməyəcəyini soruşduğunu bildirib. “Mən bunu nə təsdiq, nə də təkzib etmək niyyətində deyiləm. Biz o şeylər haqqında danışmırıq”, – namizəd müxbirin sualını cavablandırarkən deyib.
***
İddialara görə, Kennedi qərarını bu həftənin sonuna qədər açıqlayacaq. Kennedinin təşviqat komandası müstəqil prezidentliyə namizədin avqustun 23-də Arizona ştatının Feniks şəhərində çıxış edəcəyini açıqlayıb. Müzakirə olunan ssenarilərdən biri Feniksdə Kennedinin Trampla birlikdə səhnəyə çıxmasıdır.
***
Bu həftə Kennedinin Trampı dəstəkləyə biləcəyinə dair iddialar səsləndirildi.
Tramp həmçinin CNN-ə deyib ki, “Kennedi geri çəkiləcəyi təqdirdə administrasiyada mütləq rol alacaq”.
Həmin müsahibədə Tramp Kennedi haqqında “O, böyük və çox ağıllı adamdır”, – deyib.
***
Mətbuatda Kennedinin Tramp haqqında “O, dəhşətli insandır. İndiyə qədərki ən pis prezident. O, demək olar ki, heç insan deyil, yəqin ki, sosiopatdır”, – kimi ifadələr işlətdiyi bildirilir.
***
Kennedinin avqustun ortalarında ABŞ-ın vitse-prezidenti Kamala Harrisdən görüş istəyib, lakin cavab almadığı öyrənilib.
Onun görüş tələbi mediada əksini tapdıqdan sonra Kennedi “X”də yazı yazaraq, “Mənim Kamala Harrisi prezident kimi dəstəkləmək fikrim yoxdur. Onu məğlub etmək planım var”, – deyib.