
İsrail Yəməni vurdu
“Husilər”ə son günlərin ən ağır zərbəsi
“Husilər”ə son günlərin ən ağır zərbəsi
Hava limana raket atılıb, uçuşlar dayandırılıb
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
İsrail hücumdan əvvəl xəbərdarlıq edib
Müttəfiqlər ortaq hərəkət etdilər
ABŞ Husilərə hücum zamanı yeddi ədəd dünyanın ən bahalı PUA-sını itirib
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “FA-18E” qırıcısı təyyarədaşıyandan dənizə düşüb
“Regionda qlobal təhlükəsizlik yaradacaq”
ABŞ ordusu vurdu
Yaraqlılar “MQ-9 Reaper” PUA-sını vurub
ABŞ-ın Yəmənin müxtəlif bölgələrinə 20-dən çox hava hücumu həyata keçirib
Son günlərin ən böyük hava hücumu
Terrorçuların təchizat düşərgələri hədəfə alınıb
Təsadüfən Vens və Heqsetin olduğu qrupa qoşulan jurnalist ilginc məlumatlar əldə edib
İraq hökuməti husilərin Diyalada təlim düşərgələri iddiasını təkzib edib
Yəməndə İranın dəstəklədiyi husilər son bir həftə ərzində raketlər, pilotsuz uçuş aparatları (PUA) və donanma qayıqlarından istifadə etməklə İsrail, ABŞ və İngiltərəyə məxsus gəmilərə 21 hücum həyata keçirdiklərini açıqlayıblar.
Husilərin lideri Əbdülməlik əl-Husi televiziyada yayımlanan çıxışında “Qəzzaya dəstək əməliyyatları”nın balansı haqqında məlumat verib. Husi son bir həftə ərzində ballistik və qanadlı raketlər, PUA və hücum qayıqları ilə ABŞ, İngiltərə və İsrailə bağlı gəmilərə qarşı hərbi əməliyyatlar həyata keçirdiklərini bildirib.
Husi lideri çıxışında Qəzzaya dəstək əməliyyatlarının davam edəcəyini vurğulayıb.
***
İranın dəstəklədiyi Yəməndəki husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirib və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu”nun yaradıldığını açıqlayıb.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını bildirib.
Avropa Birliyi (AB) fevralın 19-da Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün “Aspides” missiyasını işə saldığı halda, İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.