
Çinin “Birgə qılınc” əməliyyatı
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
WSJ mümkün ssenarini 5 bənddə ümumiləşdirdi, üçüncü dünya müharibəsi ssenarisi
Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
Tayvanda Çin xəbərdarlığına Pekindən hədələyici cavab: “Odla oynamayın”
Tayvanda 5.7, İtaliyada 4,4 gücündə zəlzələ təşviş yaradıb
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Nəqliyyat vasitəsi 5 metr dərinlikdə torpağın altında qalıb
Çinin ada yaxınlığında təliminə cavab olaraq Tayvan bölgəyə qoşun yeridib
Tayvan Çin şəxsiyyət vəsiqələri paylayan firmaları araşdırmağa başlayıb
Yüksək dəqiqlikli artilleriya raket sistemlərinə ən azı 7 milyard dollar xərclənəcək
Pekin hərbi təzyiqlərini gündəlik rejimə keçirib
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
Çinin ən müasir gəmisi Yaponiya yaxınlığında göründü
Çin ordusu hərəkəti əvvəldən-axıradək izləyib
“Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində dialoqa üstünlük veririk”
Tayvan mümkün müharibəyə qarşı hərbi təlimlərə başlayır
Tayvan prezidenti Lai Çinq-te avqustun 23-də Çinin arxipelaqdakı bir adaya və ərazisinə yaxın kiçik adalara hücumunun 66-cı ildönümündə deyib ki, tayvanlılar Çin təhlükəsi qarşısında birləşməlidirlər.
Lai may ayında hakimiyyətə gəldikdən sonra ilk dəfə ziyarət etdiyi Kinmen qəbiristanlığında hücum qurbanlarının xatirəsinə əklil qoyub.
Qazilərin və onların ailələrinin qatıldığı şam yeməyində danışan Lai, “Tayvanı qorumaq üçün qətiyyətli olmalıyıq” deyib və bombardmana məruz qalan əsgərlərin nümunə götürülməsi lazım olduğunu bildirib.
Çin Xalq Azadlıq Ordusu 1958-ci ildə 44 günlük hücumu zamanı Kinmen və qonşu adalara 470 min artilleriya mərmisi ataraq 618 əsgər və mülki vətəndaşı öldürmüşdü.
“Hazırda Çinin Tayvan, Penqhu, Kinmen və Matsu (Taypeyin nəzarətində olan adalar) üçün yaratdığı təhlükə əvvəlki illərdən az deyil”, – Tayvan prezidenti deyib.
“Əgər biz gələcəkdə Çin təhlükəsinə qarşı çıxmaq istəyiriksə, birləşməliyik... Bizim vahid məqsədimiz var: milli suverenliyi və demokratiyanı qorumaq”.
Çin Tayvanı öz əyalətlərindən biri kimi qəbul edərək, nəzarəti bərpa etdiyini iddia edir. O deyir ki, Tayvanı ram etmək üçün gücdən istifadə etməyi istisna etmir və son illərdə demokratik adaya hərbi və siyasi təzyiqləri gücləndirib.
Çin Tayvanın suverenliyini müdafiə etdiyi üçün Laini “təhlükəli separatçı" kimi təsvir edib. Pekin Tayvan prezidentinin vəzifəyə başlamasından bir neçə gün sonra adanın ətrafında genişmiqyaslı hərbi təlimlər keçirib.
Tayvan ordusu elan edib ki, Çin döyüş gəmiləri demək olar ki, hər gün arxipelaqın sularında yerləşdirilir və adanın ətrafında döyüş təlimləri aparır.
Tayvan Müdafiə Nazirliyi bu gün 24 saat ərzində ada ətrafında Çinin 41 hərbi təyyarə və 7 döyüş gəmisinin aşkarlandığını açıqlayıb.