
Kanada geri çəkildi
ABŞ-ın texnologiya şirkətlərinə vergi qaldırıldı
ABŞ-ın texnologiya şirkətlərinə vergi qaldırıldı
Alimlər həyatın necə başladığına dair yeni ipucu tapıblar
“Əmək qabiliyyətli kanadalıların 58 faizi ali təhsillidir”
Qütbləşmə, bahalıq və stress insanları bezidirib
Yerli əhali üçün evakuasiya əmrləri
Kral III Çarlz Donald Trampın Kanadanı ilhaq etmək hədəsinə sərt cavab verdi
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
Kanadada tariflərdən təsirlənən müəssisələrə dəstək
Kanada baş nazirinin vəzifəyə gəldikdən sonra uzun müddət ABŞ prezidenti ilə əlaqə saxlamaması qeyri-adi haldır
Kanadanın Baş Naziri: “Biz Trampla görüşməyə hazırıq, ...”
Kanada ABŞ tətilini boykot edir; Trampın şərhləri ən böyük turist mənbəyini qurudur
Kanadanın Baş naziri Karni erkən seçkilərin keçirilməsinə çağırır
Qitədə yerləşməyən Kanada Avropa Birliyinə can atır
ABŞ-ın müdafiə asılılığını azaltmaq üçün ...
Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər
Kanadanın Kvebek şəhərində restoranı yandırılan türk ailəsi hadisəyə aydınlıq gətirilməsini gözlədiklərini bildirib. Avqustun 31-də və sentyabrın 2-də gecə türk ailəsinə məxsus Pizza Mozza restoranı iki dəfə yandırılıb.
İş sahiblərindən Berat Saymadi ətrafdakı insanlarla heç bir problem yaşamadıqlarını bildirib və “Bizim heç kimlə heç bir problemimiz olmayıb. Hamıyla çox yaxşı münasibətimiz var idi”, – deyib.
Sentyabrın 2-də ikinci yanğın baş verən gecə evinə polisin gəldiyini bildirən Saymadi, “Getdiyim zaman restoran yanırdı. İki illik zəhmətimin külə çevrilməsi məni çox kədərləndirdi. Üç qardaş olaraq hər kəsdən – yoldaşımızdan, dostumuzdan, övladımızdan əsirgədiyimizi, vaxtımızı orada sərf etmişdik. Çətin idi”, – deyib.
Saymadi birinci yanğından böyük zərər görmədən sağ çıxdıqlarını vurğulayaraq, "İkinci dəfə obyekt kül oldu. Əvvəllər heç bir şey olmamışdı. Qəsdən yandırılıb. Bunu yandıran biri var, buna əminəm”, – deyib.
Polisin hadisə ilə bağlı araşdırmasının davam etdiyini bildirən Saymadi, “Hər yerdən kamera görüntülərini topladılar. Bizimlə danışdılar. Sonra ətrafdakı restoranlara və qonşularımıza getdilər. Hazırda araşdırmalar davam edir, biz də gözləyirik. Nə baş verdiyini bilmirik. Burada böyük hadisələr baş verə bilərdi. Biz də bu barədə danışdıq. Bu, bütün regionu narahat edən və insanların həyatını təhlükəyə atan bir şey ola bilərdi”, – deyib.
Saymadi yanğının səbəbinin anti-immiqrant əhval-ruhiyyə, yoxsa rəqabət olub-olmadığını bilmədiklərini vurğulayıb.
Bölgədəki restoranlarda zaman-zaman yanğınların müşahidə edildiyinə, lakin bu hadisənin bütün cəmiyyəti narahat etdiyinə diqqət çəkən Saymadi, “Məncə, bu, xalqın sağlamlığını narahat edən və birlikdə həyatımızı məhdudlaşdıran bir şeydir. Bunun da mümkün qədər tez aydınlaşdırılmasını istəyirəm”, – deyib.