ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
12:19 | 17 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 570 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Ağ Ev İlon Maskın ABŞ prezidenti Co Bayden və vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə “heç kim sui-qəsd cəhdi etməyib” ifadəsini “məsuliyyətsizlik” kimi qiymətləndirib.
BBC-nin məlumatına görə, Ağ Ev sözçüsü müavini Endrü Beyts Maskın Bayden və Harris haqqında “X” sosial media platformasında paylaşdığı və sonradan sildiyi paylaşımla bağlı açıqlama verib.
ABŞ-da siyasi zorakılığa yer olmadığını bildirən Beyts, Maskın paylaşımı ilə bağlı “Şiddət yalnız qınanmalı, heç vaxt təşviq edilməli və zarafat edilməməlidir. Bu ifadə məsuliyyətsizdir”, – deyib.
Məsələ ilə bağlı ABŞ Məxfi xidməti də BBC-yə açıqlama verib. Açıqlamada Məxfi xidmətin Maskın postundan “xəbərdar olduğu” və qorunan şəxslərə qarşı təhdidlərin araşdırıldığı paylaşılıb.
***
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “sui-qəsd cəhdi” olduğu bildirilən hadisənin ardından İlon Mask dünən sahibi olduğu sosial media platforması “X” hesabından açıqlama verib. Mask, “Heç kim Baydenə və Kamalaya sui-qəsd etməyə belə cəhd etmir” dediyi yazısını tezliklə silib.
Reaksiyaların ardınca Mask növbəti şərhində “İnsanlar konteksti bilmirlərsə, və ötürülmə düz mətndirsə, zarafatın daha az gülməli olduğu ortaya çıxır”, – deyib. O, bununla zarafat etdiyini eyham edib.
ABŞ-ın keçmiş prezidenti Trampın Floridada olduğu qolf meydançasının yaxınlığında silah səsləri eşidilib, daha sonra onun sağ-salamat olduğu bildirilib.
Trampın böyük oğlu kiçik Donald Tramp hadisədən sonra yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının tarladakı kolluqlarda AK-47 silahı tapdığını və şübhəlinin tutulduğunu açıqlayıb. Bildirilib ki, Məxfi xidmət agenti müdafiə etməkdən məsul olduğu Tramp qolf oynayan zaman şübhəli şəxsə atəş açıb.