Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
11:15 | 20 yanvar 2025 | Bazar ertəsi
Məqaləyə 520 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
2014-2019-cu illərdə Ukrayna prezidenti olmuş, hələ də deputat olan Petro Poroşenko oğluna görə yenidən gündəmə gəlib. Sabiq dövlət başçısının böyük oğlu Aleksey Poroşenko hərbi idarənin çağırışına cavab vermədiyi üçün 25500 Ukrayna qrivnası (1000 manatdan çox) məbləğində cərimələnib.
Cərimə 15 gün ərzində ödənilməsə, yanvarın 8-də müəyyən edilmiş məbləği iki dəfə artıracaq.
39 yaşlı Aleksey Poroşenko və ondan 15 yaş kiçik qardaşı Mixaylo Rusiyanın 2022-ci ilin fevralında işğala başlamasından sonra Ukraynanı tərk ediblər. Ukrayna Xəbər Agentliyi (Ukrinform) bildirir ki, ikisi Londonda yaşayır və Mixaylo dəfələrlə Rusiyaya dəstəyini nümayiş etdirib.
Rusiya ilə müharibədə çoxlu əsgəri ölən və ya yaralanan Ukrayna bu itkilərin yerini doldurmaqda çətinlik çəkir.
Poroşenkonun xələfi Vladimir Zelenski dekabrın 8-də bəyan edib ki, Ukrayna 2022-ci ilin fevralından bəri 43 min əsgər itirib.
Təxminən 370.000 Ukrayna əsgərinin yaralandığı, minlərlə əsgərin isə ən azı bir əzasını itirdiyi təxmin edilir.
Rusiya tərəfdən həlak olanların sayı 89 minə yaxındır.
Ukraynanın mətbuatı xatırladır ki, Pyotr Poroşenkoya qarşı işğal olunmuş ərazilərdən kömür alıb, Rusiyada pul qazandırdığına görə istintaq aparılır.
2014-cü ildə Ukraynadakı qərbyönlülər Rusiyaya yaxın gördükləri Viktor Yanukoviçi Aİ ilə assosiasiya sazişini imzalamadığı üçün Kiyev meydanlarında devirdilər.
Hakimiyyət dəyişikliyi ilə Yanukoviç Rusiyaya sığındı və hakimiyyətə qərbyönümlü olduğu bilinən Petro Poroşenko hakimiyyətə gəldi.
Ukraynanın cənubunda və şərqində sonrakı müharibələr Kiyevin Krım və Donbas bölgələrinə nəzarəti itirməsinə səbəb oldu.