vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
... Gülləkeçirməz jiletdə namaz qıldı 12:42 | 20 yanvar 2025 | Bazar ertəsi Məqaləyə 240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Gülləkeçirməz jiletdə namaz qıldı

Xalqın qəzəbindən qorxan fars-molla rejimi lideri Xameneyi ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Ali Məhkəməsinin öldürülən hakimləri Əli Razini və Məhəmməd Moqəyyisənin cənazə namazı Xomeyni adına məsciddə fars-molla rejiminin lideri Əli Xameneyi tərəfindən qılınıb.

Öldürülən hakimlərdən Əli Razini əvvəllər Ruhani Xüsusi təyinatlı Məhkəmənin şəriət hakimi, Silahlı Qüvvələrin Ədliyyə Təşkilatının rəhbəri və Tehran əyalətinin baş hakimi olub.  O, xüsusilə 1981-cı illərin sərt hökmləri və edamları, xüsusən 1988-ci ilin yayında siyasi məhbuslar barədə verdiyi edam qərarları ilə tanınır.

Məhəmməd Moqəyyisə isə təhlükəsizlik işlərində əsas hakimlərdən biri olub, Qızılhisar həbsxanasının nəzarətçisi, nəzarətçi köməkçisi və Qohərdəşt həbsxanasının rəisi kimi vəzifələrdə işləyib.  Son illərdə o, onlarla etirazçı və siyasi fəalı edam cəzasına məhkum edib, siyasi məhbuslara, jurnalistlərə və hüquq müdafiəçilərinə ağır cəzalar verib.

Əli Xameneyinin cənazə namazındakı görünüşü və əbası diqqətdən kənarda qalmayıb. ABŞ Demokratiyaları Müdafiə Fondunun rəhbəri, vəkil Mark Dubovitz “X” hesabında İranda öldürülən məhkəmə hakimlərinin vida mərasimindən Əli Xameneyinin şəklini paylaşaraq, “Xameneyi ona nifrət edən İran xalqından haqlı olaraq qorxduğu və amansız İslam Respublikasının sonunu gözlədiyi üçün gülləkeçirməz jilet geyinir”, – yazıb