Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
17:24 | 9 aprel 2014 | Çərşənbə
Məqaləyə 1541 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Putinin Ukraynadakı yarım-hərbi taktikası nədir? Moldova şərabı niyə silahdır və kimə qarşı silahdır? Neft sanksiyalarından Qazaxıstan niyə qorxur? Media yazır ki, bu dünyada hamı bir-biri ilə düşünüldüyündən daha çox bağlıdır və hamı bir-birindən həm də öyrənir.
«Azadlıq» radiosu xarici mətbuatın bu suallara axtardığı cavabları təqdim edir.
***
«Washington Post» qəzeti yazır ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə Qərbin cavabının mərkəzində NATO hərbi alyansı durur. Ancaq qəzetin fikrincə, ola bilər ki, Qərb düzgün dava yolunu seçməyib. Çünki Putin hərbi yox, yarımhərbi əməliyyatlar taktikasını seçib.
Bu taktikanı isə keçmiş KQB zabiti olan Putin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən «oğurlayıb».
Qəzet yazır ki, Reyqan prezident olanda o, SSRİ-ni dağıtmaq istəsə də heç vaxt SSRİ ilə kəllə-kəlləyə gəlmirdi, bunun əvəzində Əfqanıstanda, Nikaraquada, Anqolada, sonra isə Polşada və nəhayət, bütün Şərqi Avropada SSRİ-nin nüfuzunu, hakimiyyətini laxladırdı.
Bunun üçün MKİ yerli ictimai hərəkatları dəstəkləyirdi, «xalqı ayağa qaldırırdı». SSRİ-nin bütün nüvə gücü Polşada tətil edən fəhlələrin qarşısında aciz idi.
Nikaraquada və Yaxın Şərqdə vaxtilə belə əməliyyatları həyata keçirən MKİ zabiti Con Magur deyir ki, Putin «bizim 1980-ci illərdə etdiyimizə baxır, bunu indi bizim əleyhimizə oynayır».
Qəzet sual verir: Qərb və ABŞ Ukraynanı Rusiyadan necə qoruya bilər? Və cavab verir ki, bunu yalnız ukraynalıların özü edə bilər və onlar səfərbər olunmalıdır. Qəzetin fikrincə, Ukrayna xalqını birləşmiş saxlamaq üçün Kiyev hökuməti xarici müdaxilə ilə qeyri-zorakı mübarizə yolunu mümkün qədər çox saxlamalıdır.
***
«Foreign Policy» yazır ki, sırf praqmatizmə əsaslanmadan, mənəviyyat, beynəlxalq hüquq kimi anlayışlarla Putinə qalib gəlmək mümkün deyil.
Angela Merkel bu yaxınlarda demişdi: «Putin hansı planetdə yaşayır?» Yəni reallıqdan uzaqdır, öz dünyasındadır. «Foreign Policy» isə hesab edir ki, bunun əksi düzdür. Putin çox praqmatikdir: «O, yalnız o oyunları oynayır ki, qələbəyə əmindir. O, çox nadir hallarda istəmədiyi oyunu oynayır».
«Foreign Policy» onu da yazır ki, Putinin sevimli taktikası belədir: o, vəziyyəti dəyişir, sonra da qarşı tərəfi məcbur edir ki, yaranmış yeni reallıqla barışsın.
***
«1966-cı ildə ilk kosmonavt Yuri Qaqarin Moldovada qonaq olarkən onu Cricova şərab zavoduna aparıblar. Zavoddan gedərkən Qaqarin zarafatla deyib ki, Yerdən ayrılmaq daha asandır, nəinki Cricovadan...
İndi isə Moldova şərabı bu ölkəni Avropa Birliyi ilə sıx əlaqələrdən çəkindirmək üçün Kremlin əlində silaha çevrilib» - bunu isə «Financial Times» yazır.
Moldova çaxırına qarşı indiki qadağanı Rusiya keçən sentyabrda qoyub. Bunun ziyanı hələ hesablanır. Ancaq 2006-cı ildə Rusiyanın Moldova şərabına embarqosu 100 şərab zavodunu müflis etdi, Moldovaya 200 milyon dollar ziyan dəydi.
Bostavan zavodunun kommersiya direktoru Artur Martin çıxış yolunu Avropa Birliyində və Çində yeni bazarlar tapmaqda görür.
Nəticədə Rusiya öz qadağaları ilə Moldovanı Avropa Birliyi bazarına daha fəal qoşulmağa vadar edir. 2001-ci ildə Moldovanın şərab ixracının 30 faizi Avropa Birliyinə idisə, indi 48 faizidir.
***
«Qazaxıstan Rusiyaya qarşı mümkün neft sanksiyalarına görə həyəcan keçirir. Maraqlısı odur ki, belə sanksiyalar hələ yoxdur».
Bunu «Reuters» yazır. Neft və qaz naziri Qarabalin deyib: «Biz bu sanskiyaların necə olacağını bilmirik».
Qazaxıstan niyə narahatdır?
Keçən il Qazaxıstan Rusiya kəmərləri ilə 22 milyon ton neft ixrac edib. Bu da da ixracın 30 faizidir.
28 milyon ton neft də «Şevron» şirkətinin başçılıq etdiyi Xəzər beynəlxalq konsorsiumunun kəməri ilə satılıb. Ancaq bu kəmər Rusiyanın Novorossiysk limanına gedir. Qazaxıstan ehtiyat edir ki, sanksiyalar olsa, bu yolla da neft satışına ziyan dəyəcək.
İndi Qazaxıstan alternativ kimi Çinə gedən Atasu-Alashankou kəməri ilə neft daşınmasını 12 milyon tondan 20 milyon tona qaldırmaq istəyir.
«Reuters» yazır ki, enerji təhlilçilərinin fikrincə, bir yol da Qazaxıstanın öz neftini Xəzər dənizi ilə Azərbaycana göndərməsidir, burda isə həmin neft Bakı-Ceyhan kəmərinə vurula bilər.