Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
22:29 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 244 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Ukrayna Prezident Aparatının (PA) rəhbəri Andrey Yermak, Ukrayna ilə Rusiya arasındakı müharibənin ən çox bitməsini istəyən tərəf olduğunu bildirərək, “Ancaq biz bunu ədalətli və davamlı sülhlə bitirmək istəyirik" deyib.
PA-dan verilən yazılı açıqlamaya görə, Yermak Kiyevdə danışıqlar aparan ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu qəbul edib.
Kelloqun Ukraynadakı danışıqlarının Yermakla görüşü ilə başladığı və bu zaman ABŞ-Ukrayna münasibətlərinin müzakirə edildiyi bildirilib. Açıqlamada deyilir ki, Yermak və Kelloq Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün həll yollarını müzakirə ediblər.
Yermakın Kelloqun Ukraynada cəbhə xəttində baş verən hadisələrlə bağlı məlumat əldə etmək imkanının olacağı bildirildi.
Rusiyanın müharibə ilə bağlı manipulyasiya üsullarından istifadə etdiyini əsas gətirən Yermak, “Ukraynasız Ukrayna haqqında heç nə demək olmaz” prinsipinə sadiq qalmağın lazım olduğunu vurğulayıb.
Andrey Yermak ABŞ ilə təhlükəsizlik və iqtisadi təminatları ehtiva edən hərtərəfli strateji tərəfdaşlıq qurmaq istədiklərini bildirib.
Kelloq Kiyevdəki təmasları çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşəcək.
***
Ukraynanın xarici işlər naziri Andrey Sibiha ölkəsinin üç illik müharibəyə dözdüyünü deyib və əlavə edib: “Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz”.
Nazir Sibiha “X” hesabındakı açıqlamasında Ukraynanın Avropanın müasir tarixində ən dəhşətli hərbi təcavüzə, üç illik müharibəyə tab gətirdiyini xatırladıb.
Sibiha Ukrayna prezidenti Vladimir Zelenski və ukraynalıların Rusiya prezidenti Vladimir Putinin “təzyiqlərinə boyun əyməkdən imtina etdiklərini” bildirib: “Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”.