Bazarlıq baş tutmadı
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
20:11 | 24 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 192 dəfə baxılıb
Şriftin ölçüsü
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Avropa Birliyi (AB) liderləri Ukraynaya dəstəklərini vurğulamaq üçün Kiyevə gəliblər. Avropa Komissiyasının sədri Ursula von der Leyen sosial mediada Avropa Şurasının sədri Antonio Kostanın müşayiəti ilə Kiyevə qatarla gəldiyini göstərən video yayımlayıb.
Avropa Komissiyasının sədri bildirib ki, təkcə Ukraynanın deyil, bütün Avropanın taleyi təhlükə altındadır. Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı “X” hesabında “Rusların işğalının üçüncü ildönümündə... Avropa Kiyevdədir” mətni ilə paylaşım edib.
Von der Leyen Rusiya ilə Ukrayna arasındakı müharibəni yaşamaq uğrunda mübarizə kimi xarakterizə edərək, “Bu gün biz Kiyevdəyik, çünki Ukrayna Avropadır”, – deyib.
DPA-nın məlumatına görə, liderlərin Ukraynaya 6 milyard avro (6,28 milyard dollar) dəyərində təklif olunan hərbi yardım paketini də müzakirə edəcəyi gözlənilir.
Avropa Komissiyasının prezidenti Ukraynaya daha güclü dəstəyə çağırıb və bazar ertəsi Rusiyanın tammiqyaslı işğalının üçüncü ildönümündə yeni təşəbbüslər vəd edib. Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməsinə bir neçə saat qalmış von der Leyen, “Azad və suveren Ukrayna bütün dünyanın marağındadır”, – deyib.
***
Ukraynanın 2025-ci il büdcə kəsirini təmin etdikdən sonra hərbi yardımın sürətləndirilməsinin lazım olduğunu vurğulayan Avropa Komissiyasının sədri, “Biz təcili surətdə silah və sursat çatdırılmasını sürətləndirməliyik”, – deyən Von der Leyen AB-nin tezliklə silah istehsalı və müdafiə qabiliyyətini artırmaq üçün geniş plan təqdim edəcəyini və bunun Ukraynanın da xeyrinə olacağını bildirib.
Von der Leyen, həmçinin Ukrayna və AB-də enerji təhlükəsizliyini artırmaq üçün əlavə tədbirləri açıqlayıb. Onun sözlərinə görə, gələn ilin sonuna kimi məqsəd Ukrayna və Moldovanın elektrik enerjisi bazarlarını Avropanın elektrik şəbəkəsinə tam inteqrasiya etməkdir. Almaniyanın keçmiş müdafiə naziri, “Bizim yaxın tərəfdaşlığımız Ukrayna ilə yanaşı Avropanın da marağındadır”, – deyib.
“Biz hamımız ukraynalıyıq”
Avropa Şurasının sədri Antonio Kosta bazar ertəsi səhər saatlarında “X” platformasında çıxışında, “Üç il əvvəl, elə bu anda Rusiyanın işğalı Ukraynada sülhü pozdu və Ukrayna xalqına böyük iztirablar verdi... Bu gün biz hamımız ukraynalıyıq. Bu işğalçı müharibə başlayandan bəri rusların sizə çəkdiyi iztirablar amansız və bağışlanmazdır. İlk gündən sizinləyik və bundan sonra da yan-yana, çiyin-çiyinə olmağa davam edəcəyik. Sizin kimi biz də ədalətli və davamlı sülh istəyirik. Ukraynanın gələcəyi Avropa İttifaqındadır, Ukraynanın təhlükəsizliyi isə Avropanın təhlükəsizliyidir”, – deyib.
Səfərlər Kiyev və Vaşinqton arasında diplomatik münasibətlərdə böyük dəyişiklikdən sonra baş verir. Avropa ölkələri və Ukrayna narahatdırlar ki, Birləşmiş Ştatlar və Rusiya öz sülhlərini ikitərəfli qaydada həll etməyə cəhd edə bilər, bu, Moskvaya ərazi güzəştləri verə bilər, Ukraynanın NATO-ya üzvlüyünə mane ola bilər və gələcəkdə ABŞ-ın sülhməramlı əməliyyatlarda iştirakına qapını bağlaya bilər. Son cəza tədbirləri Kremlin “kölgə donanmasının” rəhbərlərini və sahiblərini – mülkiyyəti bəlli olmayan və çox vaxt sığortasız gəmiləri hədəf alır.
Ukrayna daha çox silah və sursat, o cümlədən artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri və daha çox Ukrayna əsgərinin təlimi və silahlandırılmasını istəyir. Ukraynanın xarici işlər naziri Andrey Sipihanın AB həmkarlarına cəbhə xəttindəki vəziyyətlə bağlı videobağlantı vasitəsilə məlumat verməsi gözlənilir. Avropa Komissiyasının rəqəmlərinə görə, son üç il ərzində AB və onun 27 üzv ölkəsi Ukraynaya təxminən 134 milyard avro dəstək verib ki, bunun da 48 milyard avrosu hərbi yardımdır.