
Müqəddəs Taxt-Tacda səfirliyimiz açıldı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etdi
Birinci vitse-prezident Heydər Əliyev Fondunun Vatikanda bərpa etdiyi məbədi ziyarət edib
Birinci vitse-prezident Mehriban Əliyeva ağacəkmə mərasimində iştirak edib
Vatikan şəhər-dövləti qubernatorluğunun prezidenti Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanın dövlət katibini təbrik edib
Mehriban Əliyeva XIV Leoya Heydər Əliyev Fondu ilə Vatikan arasındakı sazişlərdən danışıb
Azərbaycanın Birinci vitse-prezidenti dünyanın ən qədim və zəngin kitab məbədlərindən birini ziyarət edib
Avqust 22-si dua və oruc günü olacaq
Roma Papası: “Katoliklərin və pravoslavların birlikdə həyata keçirdikləri səyahətin təməl daşıdır”
Papa XIV Leo ilk sınaq qarşısındadır
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisin tənəffüs problemi səbəbiylə bir aydan çox xəstəxanada olduğu vaxt dua edərkən çəkilmiş tək fotosu paylaşılıb.
Vatikan fevral ayında ağır bronxit səbəbiylə bir aydan artıqdır Roma Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı foto və bəzi məlumatlar paylaşıb.
Vatikan Mətbuat ofisi tərəfindən paylaşılan fotoda Papa Fransis xəstəxananın 10-cu mərtəbəsindəki otağının yaxınlığındakı kilsədə bazar günü üçün dua edərkən görünür.
Sözügedən şəkil fevralın 14-dən xəstəxanada olan Papanın paylaşılan ilk fotosudur.
Vatikan Mətbuat İdarəsi Papanın vəziyyətinin stabil olduğunu, fiziki müalicə və tənəffüs fizioterapiyasının davam etdiyini bildirib.
Bildirilib ki, Papa günü ibadət etmək, dincəlmək və bəzi işlər görməklə keçirib.
Katoliklərin ruhani liderindən bu günə qədər heç bir görüntünün paylaşılmaması sosial mediada bəzi şayiələrə səbəb olub.
***
Roma Papası Fransis fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə bronxit və nəfəs almaqda çətinlik çəkdiyini əsas gətirərək çıxış edə bilməyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş etmişdi.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirmişdi.
Vatikan fevralın 18-də Papanın ikitərəfli pnevmoniyaya tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb olduğunu açıqlamışdı.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin ağır olduğu bildirmişdi.
Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papanın bronxoaspirasiya edildiyini, mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab alındığını qeyd etmişdi. Papanın vəziyyəti martın 1-2-də stabil olmuşdu.
Katolik ruhani lideri martın 3-də iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkmiş və qeyri-invaziv mexaniki ventilyasiya ilə yenidən işə salınmışdı.
Martın 4-dən stabil olan Papada cüzi sağalma əlamətləri görünməyə başlamışdı.
Papanın martın 12-də çəkilmiş döş qəfəsinin son rentgenoqrafiyasının əvvəlki günlərdə qeydə alınan yaxşılaşmaları radioloji olaraq təsdiq etdiyi bildirilmişdi.