ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
20:40 | 21 mart 2025 | Cümə
Məqaləyə 459 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
“F-35” ilə bağlı müzakirələr davam edərkən ABŞ prezidenti Tramp “F-47”nin dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olaraq istehsalına başlayacaqlarını açıqlayıb. ABŞ prezidenti bu gün Oval kabinetdə keçirilən mərasimdə ölkəsinin 6-cı nəsil döyüş təyyarələrinə keçid planını açıqlayıb. Tramp bildirib ki, Hərbi Hava Qüvvələri altıncı nəsil “F-47” qırıcılarının istehsalı üçün “Boeing” ilə müqavilə imzalayıb.
“Mənim göstərişimlə ABŞ Hərbi Hava Qüvvələri dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsinə keçəcək və bu təyyarə generalların seçdiyi ad olan “F-47” kimi tanınacaq”, – Tramp deyib.
Yeni döyüş təyyarəsinin yaxın iki il ərzində istehsal ediləcəyini proqnozlaşdıran Tramp, “F-47”nin eksperimental versiyasının təxminən 5 ildir uçduğunu qeyd edib.
Təyyarənin “Boeing” tərəfindən istehsal ediləcəyini deyən Tramp, “F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən qabiliyyətli və ən ölümcül təyyarə olacaq. Bu təyyarələrdən yeni bir donanma qurulacaq və mənim rəhbərliyim zamanı yaxın bir neçə il ərzində havada olacaq” – deyib..
“F-47”nin bir çox yeni texnologiya ilə təchiz olunacağını bildirən Tramp, “Bu təyyarə dronlarla uçur. Bu yeni texnologiyadır, istədiyimiz qədər dronla təchiz olunub”, – deyib.
Donald Trampın açıqlamalarında, “ABŞ-ın 6-cı nəsil döyüş təyyarəsi tenderini “Boeing” qazanıb. Trampın dünyanın ilk 6-cı nəsil təyyarəsi kimi təqdim etdiyi təyyarənin adı “F-47” olacaq. Tramp “F-47”nin 5 ildir gizli şəkildə uçduğunu bildirib. Düşmənlərimiz “F-47”nin gəldiyini belə görməyəcək. Onları nə vurduğunu bilməyəcəklər. Çoxlu təyyarə sifariş etmişik, lakin qiyməti deyə bilmərik”, – deyib.
Tramp hava üstünlüyünə diqqət yetirəcək qırıcının bir qədər aşağı versiyalarının ABŞ-ın müttəfiqlərinə satıla biləcəyini açıqlayıb.
Təyyarənin Oval kabinetdəki təqdimat mərasimində Donald Trampı müşayiət edən ABŞ-ın müdafiə naziri Pit Heqset təyyarənin qlobal əhəmiyyət daşıdığını və bunun gələcək nəsillər üçün bir hədiyyə olduğunu bildirib.
“The Associated Press”in Müdafiə Nazirliyinin (Pentaqon) mənbələrinə istinadən verdiyi məlumata görə, qırıcı təyyarə hazırkı hava donanmasının imkanlarını xeyli üstələyən gizli və infiltrasiya imkanlarına malik olacaq və Çinlə mümkün münaqişə zamanı lazım olacaq.