
“O, bir futbol fanatıdır”
Yeni Papanın sevimli komandaları bəlli olub
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Fevralın 14-dən xəstəxanada müalicə alan katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisin sabah xəstəxananın qarşısında onu gözləyənləri pəncərədən salamlayıb onlarla birlikdə dua etməyi planlaşdırdığı bildirilir.
Vatikan Mətbuat Ofisi fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə ikitərəfli pnevmoniya diaqnozu ilə 37 gündür Roma Gemelli Xəstəxanasında müalicə olunan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumat paylaşıb.
Paylaşılan məlumata görə, Papa Fransis Gemelli Xəstəxanasının qarşısındakıları pəncərədən qarşılayacaq və sabah ənənəvi bazar günü ibadətində onlarla birlikdə dua edəcək.
Bu, bir aydan artıqdır ki, xəstəxanada yatan Papanın onu gözləyənləri salamlamaq üçün ilk dəfə ictimaiyyət qarşısına çıxması olacaq. Martın 16-da Vatikan Papanın xəstəxana kapellasında dua edərkən arxadan çəkilmiş tək kadrlı fotosunu paylaşdı ki, bu da katolik ruhani liderinin xəstəxanaya yerləşdirildikdən sonra ilk şəkli idi.
Bu arada, Papanın ibadətə rəhbərlik etməyəcəyi və dua nitqinin mətninin əvvəlki həftələrdə olduğu kimi yazılı şəkildə paylaşılacağı bildirilib.
Digər tərəfdən, Vatikan dünən axşam saatlarında Papanın səhhəti ilə bağlı son məlumatı paylaşıb: "Papanın səhhəti stabildir. Onun tənəffüs yollarında cüzi yaxşılaşmalar davam edir. Gecələr maska ilə mexaniki ventilyasiyadan istifadə etmək əvəzinə, indi o, yalnız yüksək axınlı oksigen terapiyası alır. Həkimlər onun xəstəxanadan buraxılıb-çıxmayacağı ilə bağlı hələ heç bir məlumat verməyiblər".
***
Roma Papası Fransis fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə bronxit və nəfəs almaqda çətinlik çəkdiyini əsas gətirərək çıxış edə bilməyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.
Vatikan fevralın 18-də Papanın ikitərəfli pnevmoniyaya tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb olduğunu açıqlayıb.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin ağır olduğu bildirilib.
Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papanın bronxoaspirasiya edildiyini, mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab alındığını qeyd etmişdi.
Katolik ruhani lideri martın 3-də iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdi və qeyri-invaziv mexaniki ventilyasiya ilə yenidən işə salındı.
Martın 4-dən stabil olan Papada cüzi sağalma əlamətləri görünməyə başlamışdı. Papanın martın 12-də çəkilmiş döş qəfəsinin son rentgenoqrafiyasının əvvəlki günlərdə qeydə alınan yaxşılaşmaları radioloji olaraq təsdiq etdiyi bildirilir.