
Kremldəki üç məsləhətçi ...
... Və Trampın dəyişkən istəkləri
... Və Trampın dəyişkən istəkləri
Zelenski Türkiyəni tərk edir
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları mətbuata qapalı olacaq
Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”
Britaniya qəzeti Zelenskinin Putinə çağırışını “böyük qumar” adlandırıb
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Kremldən açıqlama
“Gəlib-gəlməyəcəyini bilmirəm, ikinci sanksiyalar mümkündür”
Modernləşdirilən yeni raket iki bombardmançı təyyarəni məhv edib
Putinin danışıqları Türkiyədə keçirilməsi təklifinə Zelenskidən “hə” cavabı
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
Ukrayna Qızıl meydana hücum edə bilərmi?
Rusiya ordusunda döyüşən Çin əsgərindən xəbərdarlıq
Kiyevin iddiası Rusiyanın bir gecədə Ukraynaya kütləvi hücuma keçməsindən sonra gəlib və rəsmilər azı 4 nəfərin öldüyünü bildirib. Ukrayna rəsmiləri və hərbi analitiklər xəbərdarlıq ediblər ki, Rusiya qüvvələri Ukraynaya təzyiqi artırmaq və istənilən potensial atəşkəs danışıqlarında Moskvanın əlini gücləndirmək məqsədilə yaxın həftələrdə yeni hücuma hazırlaşır.
Ukrayna rəsmiləri bildiriblər ki, gözlənilən hücum Rusiya prezidenti Vladimir Putini daha çox ərazi əldə etmək üçün sülh danışıqlarını təxirə salmağa vadar edə bilər.
Rəsmilər Rusiyanın müharibəni bitirmək üçün danışıqlarda həqiqətən maraqlı olmadığına dair əvvəlki iddiaları təkrarladılar.
Analitiklər və hərbi komandirlər bildirirlər ki, Havalar qızdıqca Kreml 1000 kilometrlik cəbhə xətti boyunca hücum planlaşdırır.
Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Rusiya qüvvələri şimal-şərqdəki Sumi və Xarkov vilayətlərində, eləcə də Zaporojyada yeni hücumlar hazırlayır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, cümə günü gecə Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində azı 4 nəfər ölüb, 36 nəfər yaralanıb.
Şərqi Dnepr şəhərinə hücum nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb. Hücum həm də restoran kompleksində genişmiqyaslı yanğına səbəb olub.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Moskva iki gün ərzində 172 PUA vurub. Açıqlamaya görə, onlardan 94-ü vurulub, 69-u radarlardan itib. Sumi, Xerson və Xarkov vilayətlərində də hücumlar qeydə alınıb.
Zelenski cümə günü Kiyevdə keçirdiyi mətbuat konfransında Ukraynanın kəşfiyyat imkanlarını, o cümlədən “müvafiq texnologiyalara və peyklərə” çıxışı artırmaq üçün Avropa Birliyinin (AB) bir neçə ölkəsi ilə müqavilə imzaladığını açıqladı.
Zelenski hansı AB ölkələrinin adlarını açıqlamasa da, Fransa və Britaniyanın “həftə ərzində” Ukraynada keçirilməsi gözlənilən görüşdə iştirak edəcəyini təsdiqləyib: “Fransa, İngiltərə və Ukrayna mütləq orada olacaqlar”.
Eyni bəyanatda Zelenski Ukrayna qoşunlarının Rusiyanın Bryansk vilayətində olduğunu təsdiqləyib. O, Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayəti yaxınlığında rus qoşunlarının konsentrasiyasını azaltmaq və dağıtmaq üçün uyğun tədbirlər gördüyünü bildirib.
Cümə günü Kiyev müharibədə həlak olan 909 əsgərin meyitlərini qəbul etdiyini açıqlayıb.
“909 şəhid əsgərin cəsədi Ukraynaya qaytarılıb”, – Əsirlərin İş üzrə Koordinasiya Mərkəzi sosial media hesabında yazıb.
Bu arada Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında Ukraynanın cümə və şənbə günü səhər enerji infrastrukturunu hədəf alan hücumlar həyata keçirdiyini açıqlayıb.