Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
15:10 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen ABŞ-ın tariflərinə sərt cavab verməyə hazır olduqlarını bildirib. Von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Plenar iclasında ABŞ ilə ticarət əlaqələri və yeni tariflərdən danışıb.
Avropanın tarif münaqişəsini başlatmadığını qeyd edən von der Leyen, “Biz tariflərin səhv olduğunu düşünürük. Bu gün sizə mesajım odur ki, xalqımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyə sahibik”, – dedi.
Von der Leyen, AB-nin dünyanın ən böyük vahid bazarına sahib olduğunu və tarifləri müzakirə etmək və müqavimət göstərmək gücünə malik olduğunu vurğulayaraq, “Biz həmişə maraqlarımızı və dəyərlərimizi müdafiə edəcəyik”, – deyib.
ABŞ administrasiyasının indiyə qədər polad, alüminium, avtomobil və avtomobil hissələri idxalına 25 faiz gömrük rüsumunu elan etdiyini xatırladan von der Leyen, gömrük rüsumlarına məruz qalacaq növbəti sektorların yarımkeçiricilər, əczaçılıq məhsulları və taxta-şalban olacağını bildirib.
Von der Leyen, ABŞ-ın sabah demək olar ki, bütün mallara və dünyanın bir çox ölkəsinə tətbiq olunacaq “qarşılıqlı tarifləri” açıqlayacağına diqqət çəkərək, ticarət dünyasında bir çox problem və balanssızlığın olduğunu, lakin bunlara qarşı birlikdə mübarizə aparmalı olduğumuzu söylədi.
***
Tariflərin ümumiyyətlə vəziyyəti daha da pisləşdirəcəyini qeyd edən Von der Leyen, “Tariflər xalqın ödəyəcəyi vergilərdir. Tariflər yalnız inflyasiyanı artıracaq”, – deyib.
Von der Leyen AB-nin tariflərə qarşı strategiyasının ilk elementinin danışıqlar olduğunu və bu məsələləri müzakirə etmək istədiklərini bildirib.
“Biz əks tədbirlər görməyə hazırıq”, – deyən von der Leyen bütün variantların masada olduğuna işarə edib.
Tariflərlə bağlı növbəti addımda AB liderləri ilə yaxın təmasda olduğunu qeyd edən Von der Leyen, “ABŞ-ın sabahkı açıqlamalarını çox diqqətlə qiymətləndirəcək və cavabımızı tənzimləyəcəyik. Məqsədimiz danışıqlar yolu ilə həll yolu tapmaqdır. Lazım gələrsə, maraqlarımızı, xalqımızı və şirkətlərimizi qoruyacağıq. Bu cavabın məqsədinin heç kimin maraqları ilə qarşı-qarşıya olmadığına inanırıq”, – deyib.
Konstruktiv həllin hər kəsə fayda verəcəyini xatırladan von der Leyen, “Bu münaqişəni Avropa başlamayıb. Biz mütləq qisas almaq istəmirik. Amma lazım gələrsə, cavab vermək üçün güclü planımız var və bunu edəcəyik”, – deyib.
Von der Leyen əlavə edib ki, onlar digər tərəfdaşlarla ticarəti şaxələndirməyə və vahid bazarı daha da dərinləşdirməyə davam edəcəklər.